13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı “SMART LIFE EXPO 2025” beynəlxalq sərgisinə ev sahibliyi edəcək

2025-ci il 25–27 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “SMART LIFE EXPO – International exhibition in Azerbaijan, 2025” beynəlxalq sərgisi keçiriləcək. Sərgidə avtomobil və avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları, istehlak malları, elektronika və elektrotexnika məhsulları, ağıllı yaşayış və ofis sistemləri də daxil olmaqla müxtəlif sahələr üzrə istehsalçı şirkətlər iştirak edəcəklər.

16 Sentyabr 2025 11:18
Bakı “SMART LIFE EXPO 2025” beynəlxalq sərgisinə ev sahibliyi edəcək

BAKI, AzerVoice

2025-ci il 25–27 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində “SMART LIFE EXPO – International exhibition in Azerbaijan, 2025” beynəlxalq sərgisi keçiriləcək.

AzerVoice xəbər verir ki, sərgidə avtomobil və avtomobil ehtiyat hissələri, tikinti və dekorasiya materialları, ev əşyaları, istehlak malları, elektronika və elektrotexnika məhsulları, ağıllı yaşayış və ofis sistemləri də daxil olmaqla müxtəlif sahələr üzrə istehsalçı şirkətlər iştirak edəcəklər.

Rəsmi açılış mərasiminin 25 sentyabr saat 10:30-da baş tutacağı bildirilib. Tədbirdə Çin səfirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), AZPROMO, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Ziyarətçilər və iştirakçılar üçün qeydiyyat

Sərgiyə giriş sərbəstdir. Ziyarətçilər rəsmi link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Öncədən qeydiyyatdan keçmiş şəxslərin təkrar qeydiyyata ehtiyacı yoxdur. 20–25 sentyabr tarixlərində onların elektron poçt ünvanlarına sərgi proqramı və xatırlatma məktubu göndəriləcək.

Şirkətlər üçün imkanlar

Sərgidə iştirak edən şirkətlər tanıtım və reklam məqsədilə stend icarəyə götürmək, flayer və promo məhsullar paylamaq, rollap yerləşdirmək imkanına sahib olacaqlar.

Xüsusi aksiya çərçivəsində stend icarəyə götürən şirkətlərin məhsul və xidmətləri milli B2B elektron ticarət platformalarında – b2bask.az və b2bagro.az – pulsuz yerləşdiriləcək, onların internet mağazaları ödənişsiz yaradılacaq.

Ətraflı məlumat üçün əlaqə nömrəsi: +99450 475 57 28

Məqalədə: #Bakı #SMART LIFE EXPO 2025 #Bakı Ekspo Mərkəzi sərgi #beynəlxalq sərgi Azərbaycan #avtomobil və ehtiyat hissələri sərgi #tikinti və dekorasiya materialları sərgisi #KOBİA sərgi dəstəyi #AZPROMO sərgilər #sərgi stend icarəsi imkanları #Azərbaycan beynəlxalq sərgilər 2025 #Çin səfirliyi sərgidə iştirak

Mövzu üzrə digər xəbərlər

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

12 Sentyabr 13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

12 Sentyabr 09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.