6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.

19 Sentyabr 2025 13:03
Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub

BAKI, AzerVoice :

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-7 oktyabr 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub.

Sərginin Təşkilat Komitəsi tərəfindən tanınmış şair Rüstəm Behrudi və şair-esseist Qismət Rüstəmov sərginin fəxri yazarları seçiliblər.

AzerVoice xəbər verir ki, ədəbi fəaliyyətə 70-ci illərdə başlayan və türkçülük, vətəndaşlıq poeziyamızın görkəmli nümayəndələrindən olan Rüstəm Behrudi "Yaddaşlara yazın", "Salam, dar ağacı", "Şaman duası", "Yer üzü görüş yeridi", "İblis mələkdən gözəldi", "Tənhalıqda ölüm qorxusu yoxdu", "Din sevdim din üstünə", "Bir dəli ayrılıq kimi" şeir kitablarının, "Göz yaşlarından baxan Allah" adlı fəlsəfi-publisistik kitabın müəllifidir. Əsərləri polyak, fransız, rus və çex dillərinə tərcümə edilib.

2000-ci illər Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən olan Qismət Rüstəmovun müxtəlif illərdə "Vitrin", "Meqapolis hüznləri", "Qumru əlifbası", "Tanış küçələrin birində" kimi şeirlər, "Gələcəyin tarixi" və "Güzgülü pərdə" adlı esselər kitabları işıq üzü görüb. Eyni zamanda tərcüməçilik fəaliyyəti ilə də məşğul olan Q.Rüstəmov dünya ədəbiyyatının bir çox nümayəndələrinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

Sərgidə paytaxt sakinlərinin və qonaqların rahat iştirakını təmin etmək məqsədilə “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzinə mütəmadi xüsusi avtobus marşrutları fəaliyyət göstərəcək.

Sərginin iş vaxtı hər gün saat 10:00–20:00 arasıdır.

Bütün ziyarətçilər üçün giriş ödənişsizdir.

Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub Bakı Beynəlxalq Kitab Sərgisinin fəxri yazarları məlum olub
Məqalədə: #Mədəniyyət Nazirliyi #Bakı Ekspo Mərkəzi #Kitab

Mövzu üzrə digər xəbərlər

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub
Cəmiyyət

XV Qəbələ Beynəlxalq Musiqi Festivalının açılışı olub

29 İyul 21:51
Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb
Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb

27 İyul 22:53
Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Mədəniyyət

Azərbaycan və Pakistan mədəni əməkdaşlığın genişləndirilməsini müzakirə edib

27 İyul 21:55

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.