6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Bioqrafiya: Tanınmış simalar
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“AzerGold” QSC-nin təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirilib

"AzerGold" QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Qoruğunun dəstəyi ilə 25 sentyabr 2025-ci il tarixində Vətən müharibəsinin başlanmasının 5-ci ildönümünə həsr olunmuş “Zəfərin izi ilə” adlı sosial tədbir həyata keçirilib.

26 Sentyabr 2025 17:46
“AzerGold” QSC-nin təşkilatçılığı ilə şəhid ailələrinin Şuşaya səfəri gerçəkləşdirilib

BAKI, AzerVoice

"AzerGold" QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyəti və Şuşa Dövlət Qoruğunun dəstəyi ilə 25 sentyabr 2025-ci il tarixində Vətən müharibəsinin başlanmasının 5-ci ildönümünə həsr olunmuş “Zəfərin izi ilə” adlı sosial tədbir həyata keçirilib.

AzerVoice xəbər verir ki,vətən uğrunda canlarından keçmiş qəhrəmanların xatirəsini ehtiramla anmaq, onların fədakarlığını gələcək nəsillərə çatdırmaq və şəhid ailələrini mənəvi qayğı ilə əhatə etmək məqsədilə həyata keçirilən tədbir çərçivəsində Daşkəsən rayonundan olan şəhid ailələrinin qəhrəman övladlarının keçdikləri zəfər yolu ilə, canları bahasına azad etdikləri torpaqları ziyarəti təşkil olunub.

Şəhid ailələri tarixi zəfərin rəmzinə çevrilmiş Şuşa şəhərində Azərbaycanın mədəniyyət paytaxtının zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olublar. Onlar Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini, Mehmandarovlar muzeyini, İsa bulağını və digər tarixi-mədəni abidələri ziyarət ediblər.

Səfər müddətində qəhrəman övladlarımızın keçdiyi şərəfli yoldan, onların şücaətlərindən bəhs edilib. Şuşanın işğaldan azad edilməsi uğrunda döyüşlərdə iştirak edən və orada şəhidlik zirvəsinə ucalan hərbçilərin valideynləri övladlarının döyüşdüyü yerlərə baş çəkiblər. Sonda Gövhər Ağa məscidində şəhidlərin ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla yad edilib.

Xatırladaq ki, şəhid ailələri “AzerGold” QSC-nin korporativ sosial məsuliyyət layihələri çərçivəsində əsas hədəf kateqoriyalarından biri olaraq müəyyən edilib və onların sosial rifahının yaxşılaşdırılmasına yönəlmiş müxtəlif layihələr həyata keçirilir. Bununla yanaşı, şəhid ailəsi üzvlərinin, müharibə iştirakçılarının məşğulluğunun artırılmasına da əlavə töhfələr verilir. Hazırda “AzerGold”, onun törəmə cəmiyyətləri və fəaliyyətə cəlb edilən uzunmüddətli podratçı şirkətlərin ümumilikdə 351 nəfər əməkdaşı qeyd olunan həssas kateqoriyaya aiddir.

Məqalədə: #Şuşa #44 günlük Vətən müharibəsi #QSC #AzerGold

Mövzu üzrə digər xəbərlər

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb
Cəmiyyət

Qarabağda minalardan təmizlənən ərazilərin sahəsi açıqlanıb

2 Sentyabr 11:25
Tarixdə bu gün - 2 Sentyabr
Tarixdə bu gün

Tarixdə bu gün - 2 Sentyabr

2 Sentyabr 00:01
Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır
İqtisadiyyat

Azərbaycan və Özbəkistan geoloji kəşfiyyat üzrə yeni tərəfdaşlığa başlayır

17 İyul 18:32
Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir
İqtisadiyyat

Özbəkistanla iqtisadi tərəfdaşlıq gücləndirilir

17 İyul 17:57

Son Xəbərlər

Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
Qətərdə T100 Triatlon Dünya Çempionatının final marşrutu açıqlandı
19:34
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.