11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər görüşü keçirilib

MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III Bir və Bərabər adlı netvörkinq görüşü baş tutub.

30 Sentyabr 2025 13:44
MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib

BAKI,AzerVoice

MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III Bir və Bərabər adlı netvörkinq görüşü baş tutub.
AzerVoice xəbər verir ki,tədbirdə MÜSİAD Azərbaycan İdarə Heyəti, dərnək üzvləri, Türkiyənin Azərbaycandakı səfirliyinin ticarət üzrə baş müşavirləri və kənd təsərrüfatı müşaviri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli təşkilatın son aylardakı fəaliyyəti, həyata keçirilən layihələr və strateji hədəfləri barədə məlumat verib. O, gənc sahibkarların iş dünyasına hazırlanması məqsədilə təsis olunan və hazırda 39 nümayəndəliyi, 4500-dən artıq üzvü olan Gənc MÜSİAD tərəfindən bu ilin oktyabr ayında keçiriləcək EYBF – Gənc Sahibkarlar Biznes Forumuna hazırlıq işlərinin davam etdiyini bildirib. Forumda 30 ölkədən 150 gənc sahibkarın iştirak edəcəyi vurğulanıb.
Rəşad Cabirli, həmçinin Şuşa Bəyannaməsinə istinad edərək Azərbaycan və Türkiyə arasında mövcud strateji tərəfdaşlığın iqtisadi münasibətlərə müsbət təsirini qeyd edib və iki ölkə arasında illik 15 milyard dollarlıq ticarət həcmi hədəfinə yaxın vaxtlarda nail olunacağına inamını ifadə edib.
Çıxış edən Türkiyə səfirliyinin ticarət üzrə baş müşaviri Murat Yaman iki ölkə arasında ticarət və investisiya əməkdaşlığının son illərdə sürətlə inkişaf etdiyini, türk şirkətlərinin Azərbaycanda tikinti, tekstil, qida, səhiyyə və xidmət sahələrində uğurla fəaliyyət göstərdiyini, eyni zamanda azərbaycanlı sahibkarların Türkiyə bazarına çıxış imkanlarının genişləndiyini qeyd edib.
Səfirliyin kənd təsərrüfatı müşaviri Hakan Kalender isə Türkiyə–Azərbaycan iqtisadi əlaqələrinin inkişafı və sərmayə layihələrinin tanıdılması istiqamətində media ilə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşə sponsorluq edən, MÜSİAD Azərbaycan üzvü, Peynirci Baba şirkətinin Direktorlar Şurasının sədri Xaqani İbrahimov bu cür tədbirlərin iş adamları arasında əlaqələrin möhkəmləndirilməsinə və yeni əməkdaşlıqların qurulmasına töhfə verdiyini bildirib.
Daha sonra MÜSİAD Azərbaycan ailəsinə yeni qoşulmuş Homm Bitkisel MMC, Giometric MMC və Hilal Travel MMC şirkətlərinin nümayəndələri öz fəaliyyət istiqamətləri barədə ətraflı məlumat veriblər.
Rəsmi hissənin ardından iştirakçılar arasında qarşılıqlı tanışlıq, fikir mübadiləsi və əməkdaşlıq imkanlarının müzakirə olunduğu netvörkinq görüşləri keçirilib.

MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər  görüşü keçirilib
Məqalədə: #Türkiyə #Azərbaycan #Bakı #MÜSİAD Azərbaycan #MÜSİAD #Rəşad Cabirli #sahibkar #istehsal #ticarət #Səfirlik

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

10 Sentyabr 20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

10 Sentyabr 17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

10 Sentyabr 09:00

Son Xəbərlər

Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
Qlobal fırtınalardan regional cəbhələrə: 11 sentyabrda ərəb coğrafiyasını sarsıdan 20 tarixi fakt
00:10
Tarixdə bu gün - 11 sentyabr
Tarixdə bu gün - 11 sentyabr
00:01
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
10 Sentyabr 23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
10 Sentyabr 22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
10 Sentyabr 21:41
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.