İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib
İran Xarici İşlər naziri Abbas Əraqçi Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib. O, iki diplomatın hərəkətlərinin qəbuledilməz olduğunu bildirib. İran tərəfi konkret hadisə barədə açıqlama verməyib. Fransa isə diplomatlarının İran təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını və sorğu-sual edildiyini açıqlayıb. Paris hadisəni diplomatik normaların pozulması kimi qiymətləndirib. İki ölkə arasında diplomatik gərginlik davam edir.
Paris Tehrandan diplomatik heyətin təhlükəsizliyini tələb edir
Fransa Tehrandakı səfirlik əməkdaşları ilə bağlı insidentdən sonra İran diplomatını çağırıb. Paris İran təhlükəsizlik qüvvələrinin fransız diplomatlara qarşı hərəkətlərini beynəlxalq hüququn pozuntusu adlandırıb. Fransa hadisənin qəsdən törədildiyini bildirib. Paris İran hakimiyyətindən araşdırma aparmağı və məsul şəxsləri cəzalandırmağı tələb edib. Həmçinin diplomatik heyətin təhlükəsizliyinin təmin olunması çağırışı edilib. Hadisə Fransa-İran münasibətlərində yeni gərginlik yaradıb.
MÜSİAD Azərbaycan üzvlərinin III Bir və Bərabər görüşü keçirilib
MÜSİAD Azərbaycan İstehsalat və Ticarət, Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyalarının birgə təşkilatçılığı ilə MADO restoranında üzvlərin III Bir və Bərabər adlı netvörkinq görüşü baş tutub.
Azərbaycanın Bəhreyndə səfirliyi açılacaq
Azərbaycan Respublikasının Bəhreyn Krallığında səfirliyi təsis ediləcək.Bununla bağlı məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib.
Səfirliklərə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi qaydaları ləğv edilib
"Azərbaycan Respublikasının xaricdə olan səfirlik, konsulluq və başqa diplomatik nümayəndəliklərinə ayrılan vəsaitlərin istifadəsinə dair hesabatın verilməsi Qaydaları" ləğv edilib.
Macarıstanın Mədəniyyət və İnnovasiya naziri Balazs Hankonun Bakıya səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə görüş keçirilib
24 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun mərkəzi qəragahında təşkilatın prezidenti Aktotı Raimkulova ilə Macarıstanın Mədəniyyət və İnnovasiya naziri cənab Balázs Hankó arasında görüş baş tutub. Görüşdə Macarıstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Tamás Torma və macar nümayəndə heyəti də iştirak edib.
Rusiyanın Kiyevə hücumunda Azərbaycan səfirliyinə ziyan dəyib - XİN
Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan səfirliyinə ziyan dəyib, xəsarət alan olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. "Avqustun 28-i, gecə saat 3 radələrində Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları baş verib. Raketlərdən biri Azərbaycanın Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində yaranan zərbədən binaya zərər dəyib. Bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib", - məlumatda deyilir.