6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir. Ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.

7 Oktyabr 2025 16:52
MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir

BAKI, AzerVoice

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Azərbaycan Halal Biznes Forumu – AZHAB Forum 2025 keçirilir.

AzerVoice xəbər verir ki, ötən ildən sonra ikinci dəfə keçirilən Azərbaycan Halal Biznes Forumu, İslam Əməkdaşlıq Təşkilatı (OIC), İslam Ölkələri üzrə Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzi (SESRIC), İslam Ölkələri üçün Standartlar və Metrologiya İnstitutu (SMIIC), İslam Ticarət Palatası Halal Xidmətləri və “Caspian Event Organisers” MMC-nin tərəfdaşlığı, həmçinin “Atena” MMC və “Bilgə Qrup”un sponsorluğu ilə təşkil olunur.

Forumda dünyanın müxtəlif ölkələrindən gələn dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, akademiklər və sahibkarlar iştirak edirlər. İki gün davam edəcək tədbirin əsas məqsədi halal sənayesində əməkdaşlıq imkanlarını genişləndirmək, qarşılıqlı təcrübə və bilik mübadiləsini təşviq etmək, eləcə də Azərbaycana yeni sərmayə axınını stimullaşdırmaqdır.
İlk gündə KOB-lar arasında əməkdaşlığın gücləndirilməsi, İslam maliyyə sistemi, halal sənaye və biznes idarəetməsi mövzularında panel müzakirələr keçirilib. Daha sonra “AZHAB Forum 2025” çərçivəsində təşkil edilən sərginin açılış mərasimi baş tutub.

Sərgidə, ənənəyə uyğun olaraq, MÜSİAD Azərbaycan da öz stendi ilə təmsil olunur. Dərnəyin üzvləri olan C 141 MMC, C7 Group, Balakan Foods MMC, Hilal Travel MMC, Linak MMC və Halalbooking MMC şirkətləri məhsul və xidmətlərini təqdim edirlər. Bu şirkətlər müvafiq olaraq reklam və marketinq, texnologiya və inteqrasiya sistemləri, qida sənayesi, turizm, tikinti və halal turizm sahələrində fəaliyyət göstərirlər.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli, İdarə Heyətinin üzvləri və dərnək üzvləri forum çərçivəsində stendi ziyarət edərək iştirakçılara uğurlar arzulayıb, həmçinin yerli və xarici şirkətlərin təqdimatları ilə tanış olublar.

MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir MÜSİAD Azərbaycan “AZHAB Forum 2025”də iştirak edir
Məqalədə: #MÜSİAD Azərbaycan #MÜSİAD #AZHAB #AZHAB Forum 2025 #AZHAB Forum 2024

Mövzu üzrə digər xəbərlər

Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib
İqtisadiyyat

Yaponiya nümayəndə heyəti MÜSİAD Azərbaycan ilə iqtisadi əməkdaşlıq imkanlarını müzakirə edib

9 İyul 21:24
MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib
Türkiyə

MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

26 İyun 19:14
REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı
Cəmiyyət

REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı

22 May 20:31
Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo
Cəmiyyət

Qubada ilk: Regional Biznes Sammiti və Regional Expo

4 May 16:40

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.