8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

MÜSİAD-ın Niğde şöbəsinin nümayəndə heyəti dörd günlük işgüzar səfər çərçivəsində Azərbaycanda dövlət qurumları, biznes təşkilatları və sənaye müəssisələri ilə bir sıra görüşlər keçirib. Səfərin əsas məqsədi Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi, yeni investisiya imkanlarının araşdırılması və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi olub. Nümayəndə heyəti Türkiyənin Azərbaycandakı səfiri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Sahibkarlar Konfederasiyası və MÜSİAD Azərbaycan rəhbərliyi ilə görüşlər keçirib. Proqram çərçivəsində ölkənin aparıcı istehsal müəssisələri və sənaye məhəllələri ilə tanışlıq da təşkil olunub. Eyni zamanda, 50-yə yaxın yerli şirkətin iştirakı ilə keçirilən iş adamları görüşlərində yeni tərəfdaşlıq imkanları müzakirə edilib. Tərəflər qarşılıqlı investisiyaların artırılması və ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətlərini ifadə ediblər. Səfər həm iqtisadi münasibətlərin inkişafına, həm də Azərbaycan ilə Türkiyə arasında işgüzar əlaqələrin möhkəmlənməsinə mühüm töhfə kimi qiymətləndirilir.

26 İyun 2026 19:14
MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib

BAKI,VOA

22–25 iyun tarixlərində MÜSİAD-ın Niğde şöbəsinin İdarə Heyətinin sədri Hüsammettin Gümüştepenin rəhbərlik etdiyi nümayəndə heyəti MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə Azərbaycanda işgüzar səfərdə olub. Səfər çərçivəsində dövlət qurumları, biznes təşkilatları və istehsal müəssisələri ilə görüşlər keçirilib, Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlıq imkanları müzakirə olunub.

VOA xəbər verir ki, səfər çərçivəsində MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Fuat Kayhan, MÜSİAD Niğde İdarə Heyətinin sədri Hüsammettin Gümüştepe və onları müşayiət edən nümayəndə heyəti Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünü ziyarət ediblər. Görüş zamanı Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı investisiya imkanları və iş adamları arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Nümayəndə heyəti,həmçinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) keçirilən birgə görüşdə iştirak edib. Görüşdə KOBİA İdarə Heyəti sədrinin müavini Emil Hüseynli və ASK nümayəndələri tərəfindən tərəflərə Azərbaycanda sahibkarlığın inkişafı, kiçik və orta biznesə göstərilən dövlət dəstəyi, biznes mühitinin təkmilləşdirilməsi, sahibkarların maraqlarının qorunması və investisiya imkanları barədə ətraflı məlumat verilib, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti daha sonra MÜSİAD Azərbaycanın dərnək mərkəzini ziyarət edib. Görüş zamanı Fuat Kayhan və Hüsammettin Gümüştepe rəhbərlik etdikləri təşkilatların fəaliyyəti, üzvlərə təqdim olunan xidmətlər və həyata keçirilən layihələr barədə məlumat veriblər. Fuat Kayhan Azərbaycandakı əlverişli investisiya mühiti, ölkənin strateji coğrafi mövqeyi və MDB bazarlarına çıxış imkanları barədə ətraflı məlumat təqdim edib. Görüş çərçivəsində iki qurum arasında iqtisadi və ticari əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Azərbaycanın aparıcı istehsal müəssisələrindən olan №1 Çörək Zavodunu, həmçinin Vidal Özəl Sənaye Məhəlləsini ziyarət edib. №1 Çörək Zavodunda qonaqlara müəssisənin istehsal potensialı, müasir texnoloji istehsal prosesi və fəaliyyət istiqamətləri barədə məlumat verilib. Vidal Özəl Sənaye Məhəlləsində isə direktor Teyyub Cabbarov tərəfindən rezidentlər üçün yaradılmış müasir infrastruktur, investisiya imkanları və sənaye məhəlləsinin fəaliyyəti təqdim olunub. Sonda nümayəndə heyəti hər iki müəssisənin ərazisini gəzərək mövcud istehsal və sənaye infrastrukturu ilə yaxından tanış olub.

Səfər proqramının mühüm hissələrindən birini MÜSİAD Azərbaycanın təşkilatçılığı ilə MÜSİAD Niğde nümayəndə heyəti ilə yerli şirkətlər arasında keçirilən B2B görüşləri təşkil edib.Tədbirdə müxtəlif fəaliyyət sahələrini təmsil edən 50-yə yaxın yerli şirkət iştirak edib. İkitərəfli görüşlər zamanı tərəflər yeni tərəfdaşlıq, investisiya və ticarət imkanlarını müzakirə edib, gələcək əməkdaşlığın əsas istiqamətləri üzrə məhsuldar fikir mübadiləsi aparıblar.

İşgüzar proqramla yanaşı, nümayəndə heyəti Bakının tarixi və mədəni irsini əks etdirən görməli məkanlarla da tanış olub. Qonaqlar Azərbaycanın zəngin tarixi, qonaqpərvərliyi və dinamik inkişafı barədə xoş təəssüratlarla ölkədən ayrıldıqlarını bildirərək, gələcəkdə də Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə ediblər.

MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib MÜSİAD Niğde nümayəndə heyəti Azərbaycanda bir sıra görüşlər keçirib
Məqalədə: #Türkiyə #Azərbaycan #MÜSİAD Azərbaycan #MÜSİAD #əməkdaşlıq #biznes #investisiya #işgüzar səfər #Sahibkarlıq #MÜSİAD Niğde

Mövzu üzrə digər xəbərlər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər

Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb

7 Sentyabr 22:07
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

7 Sentyabr 21:48
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Türkiyə

Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib

7 Sentyabr 21:27
Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı və Serbiya strateji tərəfdaşlığı genişləndirir

7 Sentyabr 20:30

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.