5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı

Qubada keçirilən REGİONAL EXPO QUBA 2026 sərgisi regionun biznes, innovasiya, kənd təsərrüfatı, turizm və xidmət sahələrini vahid platformada bir araya gətirib. Tədbirdə 130 müəssisə iştirak edib, sərgini isə gün ərzində təxminən 10 min nəfər ziyarət edib. Rəsmi şəxslər və iştirakçılar regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini xüsusi vurğulayıblar.

22 May 2026 20:31
REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı

BAKI,VOA

22 may 2026-cı il tarixində Quba şəhərində yerləşən Quba Olimpiya, İdman, Təlim, Tədris və İstirahət Kompleksində MÜSİAD, TECHERA və QİAD-ın birgə təşkilatçılığı ilə REGİONAL EXPO QUBA 2026 tədbiri uğurla keçirildi.

VOA xəbər verir ki, Tədbir Qızıl Sponsorlar – Rabitəbank ASC və Prometech, həmçinin Gümüş Sponsor – Cardinalia Septem Group şirkətinin sponsorluğu ilə təşkil olunub.

Regionun biznes, innovasiya, sənaye, kənd təsərrüfatı, turizm və xidmət sektorlarını bir araya gətirən sərgidə Quba və ətraf rayonlardan fəaliyyət göstərən 130 müəssisə və təşkilat öz məhsul və xidmətlərini təqdim etmək üçün stendlərlə iştirak edib. Gün ərzində sərgini təxminən 10.000 nəfər ziyarət edib ki, bu da tədbirin regionda sahibkarlığın inkişafına və biznes əlaqələrinin genişlənməsinə verdiyi töhfənin göstəricisidir.

Tədbirin yüksək səviyyədə təşkil olunmasına və keçirilməsinə Quba Rayon İcra Hakimiyyəti tərəfindən hərtərəfli dəstək göstərilib. Rəsmi açılış mərasimində dövlət qurumlarının nümayəndələri, iş adamları, investorlar, diplomatik korpus nümayəndələri və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Tədbirin rəsmi açılış mərasimində dövlət qurumları, özəl sektor, beynəlxalq təşkilatlar, maliyyə institutları və akademik dairələrin nümayəndələri çıxış edərək regionların iqtisadi inkişafı, investisiya imkanları və dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən bəhs etdilər.

Ramil İsmayılov – TECHERA şirkətinin direktorutədbirin rəsmi açılış nitqini səsləndirərək REGİONAL EXPO layihəsinin məqsədi və strateji əhəmiyyəti barədə məlumat verdi. O, regionlarda keçirilən biznes və innovasiya tədbirlərinin yerli sahibkarlığın inkişafına və investisiyaların cəlb edilməsinə mühüm töhfə verdiyini vurğuladı.

İlqar Mahmudov – Quba Rayon İcra Hakimiyyətinin başçısı çıxışında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətindən danışdı. O, Quba rayonunun turizm, aqrar sektor və investisiya imkanları baxımından ölkənin perspektivli regionlarından biri olduğunu qeyd etdi.

Əlibala Məhərrəmzadə – Azərbaycan Respublikası Milli Məclisinin deputatı regionların sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirilən dövlət proqramlarından bəhs etdi. O, sahibkarlığın genişləndirilməsinin ölkənin dayanıqlı iqtisadi inkişafında mühüm rol oynadığını bildirdi.

Müşfiq Məmmədli – Azərbaycan Respublikası Milli Məclisinin deputatı gənclərin məşğulluğu və peşəkar inkişaf imkanlarının artırılmasının vacibliyini vurğuladı. O, regionlarda keçirilən biznes və təhsil yönümlü layihələrin əhəmiyyətini qeyd etdi.

Gülizar Yavaş – Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin Ticarət üzrə Baş MüşaviriAzərbaycan və Türkiyə arasında iqtisadi əməkdaşlığın inkişaf perspektivlərindən danışdı. O, bu kimi tədbirlərin gələcəkdə regional çərçivədən çıxaraq beynəlxalq biznes platformalarına çevriləcəyinə inandığını bildirdi.

Cabbar Heybətov – QİAD İdarə Heyətinin sədrisahibkarların vahid platformada bir araya gəlməsinin biznes əlaqələrinin inkişafına töhfə verdiyini qeyd etdi. O, QİAD olaraq regional biznes təşəbbüslərinin dəstəklənməsinin əsas prioritetlərdən biri olduğunu vurğuladı.

Fuat Kayhan – MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Azərbaycan və Türkiyə iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışdı. O, regionlarda yeni investisiya və tərəfdaşlıq imkanlarının formalaşdığını qeyd etdi.

Ülvi Abasquliyev – Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini əmək bazarının inkişafı və peşə hazırlığı proqramları barədə məlumat verdi. O, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsinin məşğulluğun artırılmasına xidmət etdiyini bildirdi.

Yusif Alıyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının direktoru universitet-sənaye əməkdaşlığının əhəmiyyətindən bəhs etdi. O, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında ali təhsil müəssisələrinin rolunu vurğuladı.

Orhan Gültekin – Rabitəbank ASC-nin İdarə Heyəti sədrinin müavini sahibkarlığın maliyyələşdirilməsi və biznes kreditlərinin əlçatanlığı mövzusunda çıxış etdi. O, region sahibkarları üçün bankın təqdim etdiyi maliyyə həlləri və dəstək proqramları barədə məlumat verdi.

Elçin Nağıyev – Prometech şirkətinin direktoruinnovasiya və rəqəmsal transformasiyanın biznes mühitinə təsirindən danışdı. O, texnologiya əsaslı həllərin regionlarda fəaliyyət göstərən müəssisələrin rəqabət qabiliyyətini artırdığını vurğuladı.

Rəsmi açılış nitqlərindən sonra protokol heyəti sərgi zonasında yerləşən stendləri ziyarət edərək iştirakçı müəssisələrin fəaliyyəti ilə yaxından tanış olub.

Tədbir çərçivəsində İlqar Mahmudov ilə investorlar arasında B2G (Business to Government) formatında görüş keçirilib. Görüş zamanı regionun investisiya potensialı, sahibkarlığın inkişaf perspektivləri, yeni biznes təşəbbüsləri və dövlət-biznes əməkdaşlığının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Sərginin növbəti hissəsində Qızıl Sponsor Rabitəbank ASC tərəfindən sahibkarlarla görüş təşkil olunub. Görüş zamanı biznes kreditləri, maliyyə alətləri, sahibkarlığın maliyyələşdirilməsi imkanları və yeni əməkdaşlıq perspektivləri barədə ətraflı məlumat təqdim edilib.

REGİONAL EXPO QUBA 2026 regionlarda sahibkarlığın inkişafına, yeni tərəfdaşlıqların qurulmasına, investisiyaların təşviqinə və yerli müəssisələrin tanıdılmasına mühüm töhfə verən biznes platforması kimi yadda qalıb.

Təşkilatçılar tədbirin keçirilməsinə dəstək göstərən dövlət qurumlarına, sponsorlara, tərəfdaşlara, iştirakçılara və ziyarətçilərə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, REGİONAL EXPO layihəsinin növbəti mərhələsi olaraq REGİONAL EXPO GƏNCƏ 2026 sərgisinin 2026-cı ilin noyabr ayında Gəncə şəhərində keçirilməsi planlaşdırılır. Növbəti tədbirin daha geniş iştirakçı və ziyarətçi auditoriyasını bir araya gətirərək regionlararası iqtisadi əməkdaşlığın inkişafına əlavə töhfə verməsi gözlənilir.

REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı REGİONAL EXPO QUBA 2026 uğurla başa çatdı
Məqalədə: #MÜSİAD #Quba #investisiya #kənd təsərrüfatı #QİAD #innovasiya #TECHERA #Regional inkişaf #Regional Expo Quba 2026 #Rabitəbank #Prometech #Sahibkarlıq #Quba sərgisi

Mövzu üzrə digər xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb
Digər Xəbərlər

ABŞ-də dizel yanacağının qiyməti rekord həddə çatıb

4 Sentyabr 20:43
LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib
Səudiyyə Ərəbistanı

LEAP 2026 iştirakçıları Səudiyyə Ərəbistanının kosmik sektordakı inkişafını yüksək qiymətləndirib

4 Sentyabr 12:16
Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır
Suriya

Suriya Almaniya şirkətlərinin investisiyalarına hazırdır

4 Sentyabr 11:31
İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb
İran

İran ŞƏT-ə iqtisadi perspektivin reallaşması üçün üç təklif irəli sürüb

1 Sentyabr 10:18

Son Xəbərlər

BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
BMT xəritəni dəyişir Afrika daha böyük ABŞ və Avropa daha kiçik görünəcək
11:23
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.