8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib

2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında "Əsrlərin Sədası: Azərbaycan Musiqi Alətləri" adlı sərginin açılış mərasimi keçirilib.

8 Oktyabr 2025 12:22
Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib

BAKI, AzerVoice

2025-ci ilin 07 oktyabr tarixində İordaniyanın paytaxtı Əmman şəhərində Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Səfirliyinin təşkilatçılığı və YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının dəstəyi ilə, Petra Milli İnam Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, şahzadə Dana Firasın himayədarlığı altında "Əsrlərin Sədası: Azərbaycan Musiqi Alətləri" adlı sərginin açılış mərasimi keçirilib.

AzerVoice xəbər verir ki, mərasimdə İordaniyanın dövlət və mədəniyyət qurumlarının nümayəndələri, Krallıqda akkreditə olunmuş diplomatik korpusun üzvləri, elmi və incəsənət dairələrinin təmsilçiləri, habelə yerli ictimaiyyətin görkəmli nümayəndələri iştirak edib.

Sərginin açılışı mərasimində çıxış edən Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığındakı Fövqəladə və Səlahiyyətli səfiri Eldar Səlimov təqdim olunan sərginin təkcə sənət ekspozisiyası deyil, eyni zamanda Azərbaycan xalqının ruhunun, çoxəsrlik tarixinin və zəngin mədəni irsinin təcəssümü olduğunu qeyd edib. Səfir Azərbaycanın musiqi ənənəsinin qədim dövrlərə – musiqi və rəqs səhnələrinin əks olunduğu Qobustan və Gəmiqaya qayaüstü təsvirlərinə qədər uzandığını vurğulayıb.

E.Səlimov Azərbaycan musiqisinin xalqın mənəvi həyatında daim mühüm yer tutduğunu, "Kitabi-Dədə Qorqud" dastanında, eləcə də Nizami Gəncəvi və Məhəmməd Füzuli kimi böyük klassiklərin yaradıcılığında geniş əks olunduğunu bildirib. O, həmçinin Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev və digər görkəmli sənətkarların adlarını xatırladaraq, onların yaradıcılığının Şərqlə Qərb arasında mədəni körpü rolunu oynadığını diqqətə çatdırıb. Diplomatın sözlərinə görə, sərgidə nümayiş etdirilən hər bir musiqi aləti – tar, kamança, nağara, saz, qaval, qanun, ud, tütək və zurna – milli yaddaşın canlı daşıyıcısı, Azərbaycan xalqının tarixi və mənəvi kimliyinin ifadəsidir.

Daha sonra E.Səlimov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan musiqi mədəniyyətinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edib, bu istiqamətdə həyata keçirilən tədbirlərin bariz nümunələrindən biri kimi milli mədəni dirçəlişin rəmzinə çevrilmiş Şuşa şəhərində "Xarıbülbül" festivalının bərpasını vurğulayıb.

Çıxışın sonunda səfir YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası adından sərgidə təqdim olunan musiqi alətlərini və Azərbaycan xalqının qədim sənətkarlıq irsini təmsil edən xalçaları Petra Milli İnam Fonduna rəsmi hədiyyə kimi təqdim edərək, bu rəmzi addımın Azərbaycanın bəşəriyyətin ümumi mədəni irsinin qorunması və təşviqinə verdiyi töhfənin təzahürü olduğunu söyləyib.

Sərgi çərçivəsində tədbir iştirakçıları üçün İordaniyanın "Duroob" qrupunun ifasında Azərbaycan milli musiqisinin klassik nümunələrindən ibarət proqram təqdim olunub.

Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib Əmmanda “Əsrlərin sədası: Azərbaycan musiqi alətləri” adlı sərginin açılışı keçirilib
Məqalədə: #YUNESKO #İordaniya

Mövzu üzrə digər xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib

10:28
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
Ərəb turizmi

İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir

09:26
İran və İordaniya arasında diplomatik gərginlik artır
İordaniya

İran və İordaniya arasında diplomatik gərginlik artır

4 Sentyabr 17:14
İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib
Siyasət

İordaniya və Avstriya Suriyanın bərpasına dəstəyin davam etdirilməsini istəyib

4 Sentyabr 13:52

Son Xəbərlər

İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
İordaniya Qızıl Ayparası Qəzzaya yeni humanitar yardım göndərib
10:28
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
10:22
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
Səudiyyə Ərəbistanı və Almaniya Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
10:17
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.