7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib

Qaydalar, Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb. Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.

27 Oktyabr 2025 11:09
Ölkədə informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikası üçün yeni qaydalar təsdiq edilib

BAKI,AzerVoice

Azərbaycan Respublikasının Baş naziri tərəfindən “Ölkə səviyyəsində informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasının həyata keçirilməsi Qaydaları” təsdiq edilib.

AzerVoice xəbər verir ki, qaydalar, Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının həyata keçirilməsi çərçivəsində, Prezidentin 2025-ci il 16 yanvar tarixli 287 nömrəli Fərmanının 3.5-ci bəndinin icrası məqsədilə hazırlanıb.

Yeni qaydalar çərçivəsində dövlət qurumlarında rəqəmsallaşma səviyyəsi üzrə illik diaqnostika aparılacaq, biznes subyektləri üçün isə könüllü diaqnostika sistemi tətbiq olunacaq. Diaqnostika prosesinin yekununda hər bir iştirakçı üçün rəqəmsal yetkinlik səviyyəsi müəyyən ediləcək, inkişaf tədbirləri planı hazırlanacaq.

Qiymətləndirmə nəticələrinə əsasən dövlət qurumları “İlkin”, “İdarə olunan”, “Müəyyən edilmiş” və “Optimallaşdırılan” səviyyələrinə, biznes subyektləri isə “Rəqəmsal həvəskar”, “Rəqəmsal təşəbbüskar”, “Rəqəmsal tətbiqçi” və “Rəqəmsal qalib” səviyyələrinə görə təsnif ediləcək.

Dövlət qurumlarının diaqnostika nəticələri Azərbaycan Respublikasının Prezidentinə təqdim olunacaq. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi isə həm dövlət, həm də özəl sektorda rəqəmsallaşmanın sürətləndirilməsi üçün metodiki və əməli dəstək göstərəcək.

Qaydaların qəbul edilməsi rəqəmsal transformasiyanın ölçülə bilən göstəricilər əsasında idarə olunmasını təmin edir və resursların səmərəli bölgüsü baxımından ölkənin rəqəmsal gələcəyinə doğru atılmış önəmli addım hesab olunur.

Məqalədə: #Azərbaycan #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #Rəqəmsallaşma #Rəqəmsal İnkişaf #Rəqəmsal Yetkinlik #Texnoloji İnkişaf #Effektiv İdarəetmə #Rəqəmsal Gələcək

Mövzu üzrə digər xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Səudiyyə Ərəbistanı

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb

21:48
"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03

Son Xəbərlər

Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
Somalinin Azərbaycana yeni təyin olunmuş səfiri Səudiyyə Ərəbistanının səfiri ilə görüşüb
21:48
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
Tramp Nyu-Meksiko ştatının adının “Yeni Amerika” adlandırılmasını dəstəkləyib
21:41
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
Küveyt və Pakistan XİN rəhbərləri Yaxın Şərqdə sülh səylərini müzakirə edib
21:38
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
Hörmüz boğazı tam açıqdır və ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətindədir - ABŞ
21:32
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
Ərdoğan Türkiyəni zəiflətməyə yönələn regional cəhdlərə qarşı xəbərdarlıq edib
21:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.