9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi başa çatdı - daha 25 məscidə kitab dəstləri təqdim olundu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliyi Fondu tərəfindən icra olunan “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb. Bu mərhələdə Mil-Muğan və Şirvan-Salyan bölgələrində yerləşən məscidlərə dini, fəlsəfi, tarixi və ədəbi mövzularda müxtəlif nəşrlərdən ibarət kitab dəstləri təqdim olunub.

31 Oktyabr 2025 16:48
“Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi başa çatdı - daha 25 məscidə kitab dəstləri təqdim olundu

BAKI,AzerVoice

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliyi Fondu tərəfindən icra olunan “Hər məsciddə kitabxana” layihəsinin növbəti mərhələsi uğurla başa çatıb.

AzerVoice xəbər verir ki, bu mərhələdə Mil-Muğan və Şirvan-Salyan bölgələrində yerləşən məscidlərə dini, fəlsəfi, tarixi və ədəbi mövzularda müxtəlif nəşrlərdən ibarət kitab dəstləri təqdim olunub.

Layihənin əsas məqsədi məscidlərin yalnız ibadət məkanı kimi deyil, eyni zamanda maarifləndirici və ictimai fəaliyyətlərdə iştirak edən mərkəzlərə çevrilməsidir. Kitabxanaların yaradılması oxu mədəniyyətinin təşviqinə, milli-mənəvi dəyərlərin yayılmasına və cəmiyyətin maariflənməsinə mühüm töhfə verir.

2025-ci ilin sonunadək layihə çərçivəsində ölkə üzrə 250 məscidin kitabxana ilə təmin olunması və layihənin növbəti illərdə də davam etdirilməsi planlaşdırılır. Fond tərəfindən hər il məscidlərə kitab rəfləri və ümumilikdə 100 adda 25 min nüsxə kitabın çatdırılması təmin olunacaq.

Kitabxanalara təqdim olunan nəşrlər yalnız dini mövzularla məhdudlaşmır – burada fəlsəfə, tarix, ədəbiyyat, humanitar sahələrə aid əsərlər, həmçinin Azərbaycan və dünya klassiklərinin nümunələri yer alır.

Bu mərhələ siyahıda göstərilən məscidləri əhatə edib:

Hacıqabul şəhəri

1. Hacıqabul şəhəri “Cümə” məscidi

Şirvan şəhəri

2.Şirvan şəhəri “Cümə” məscidi

3.Şirvan şəhəri "Zeynalabidin" məscidi

4.Şirvan şəhər məscidi

Sabirabad rayonu

5.Sabirabad şəhəri “Heydər” məscidi

6.Sabirabad rayonu Bulduq kənd məscidi

Saatlı rayonu

7.Saatlı şəhəri “Cümə” məscidi

8.Saatlı şəhəri “Həzrət Əli” məscidi

9.Saatlı rayonu, Nəsimikənd kənd məscidi

10.Saatlı rayonu, Sımadakənd kənd məscidi

11.Saatlı rayonu, Mustafabəyli kənd “İmam Əli” məscidi

İmişli rayonu

12.İmişli şəhəri “Cümə” məscidi

13.İmişli şəhəri “Məşədi Həbib” məscidi

14.İmişli rayonu, Qaralar kənd məscidi

Beylaqan rayonu

15.Beyləqan rayonu, Şəfəq qəsəbəsi “Həzrəti Cərcis Peyğəmbər” məscidi

16.Beyləqan rayonu, Türklər qəsəbə məscidi

17.Beyləqan rayonu, Qaralılar kənd məscidi

Biləsuvar rayonu

18.Biləsuvar şəhəri “Cümə” məscidi

19.Biləsuvar şə həri “İmam Zaman” məscidi

Neftçala rayonu

20.Neftçala şəhəri “Sahib Əzzaman” məscidi

21.Neftçala rayonu, Aşağı Surra kəndi “İmam Zaman” məscidi

22.Neftçala rayonu, Bankə qəsəbəsi “Həzrət Əli” məscidi

Salyan rayonu

23.Salyan şəhəri “Mərkəzi Hacı Tağı” məscidi

24.Salyan şəhəri "Beytül Əli" məscidi

25.Salyan rayonu Xıdırlı kənd məscidi

Məqalədə: #Şirvan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Hər məsciddə kitabxana #Mənəvi Dəyərlərin Təbliyi Fondu #Mil-Muğan #Mil #Muğan #Salyan

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.