12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

Sərgidə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur. Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.

7 Noyabr 2025 15:19
Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir

BAKI,AzerVoice

Sərgidə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, potensial investisiya layihələri, həmçinin “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsullar nümayiş olunur.

AzerVoice xəbər verir ki, Şanxay şəhərində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosunun təşkilatçılığı ilə 8-ci Çin Beynəlxalq İdxal Sərgisi (China International Import Expo – “CIIE 2025”) keçirilir. Azərbaycan sözügedən sərgidə İqtisadiyyat Nazirliyi və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı ilə vahid ölkə və kommersiya stendləri ilə iştirak edir.

Ölkə stendində Azərbaycanın turizm, innovasiya, nəqliyyat, “yaşıl” enerji, neft-qaz, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əldə olunmuş nailiyyətlər və perspektivlər, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri və tematik videoçarxlar, ölkəmizin qeyri-maddi mədəni irs nümunələri nümayiş olunur.

“Made in Azerbaijan” stendində isə Azərbaycan şirkətlərinin istehsal etdikləri şərablar, brendi və digər alkoqollu və alkoqolsuz içkilər, qənnadı məmulatları, süd məhsulları, fındıq, nar şirəsi, konservlər və s. məhsullar təqdim olunur. Stenddə həmçinin Çindəki ticarət evlərində nümayiş olunan yerli məhsullarımız yer alıb.

Şanxayda səfərdə olan Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayevin rəhbərliyi ilə dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti “CIIE 2025” sərgisini, o cümlədən Azərbaycan stendlərini ziyarət edib.

Sərgi noyabrın 10-dək davam edəcək.

Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir Azərbaycan 8-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edir
Məqalədə: #Azərbaycan #Bakı #Çin #Şanxay #AZPROMO #Pekin #AZPROMO sərgilər #İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO

Mövzu üzrə digər xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
İran üçün "Qüds yolu" - Qumarxana və qadın alverindən keçən reallıq
18:28
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
İraq Səudiyyə Ərəbistanına hücumları pisləyib
18:27
İsrail Livanın cənubuna yeni zərbələr endirib
İsrail Livanın cənubuna yeni zərbələr endirib
18:22
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
BRICS fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxıb
18:16
BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib
BƏƏ və Livan Səudiyyənin neft kəmərinə hücumu pisləyib
18:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.