5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma-ArabAZ
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Həccdə Zəvvar məmnunluğu 91 faiz təşkil edib

Səudiyyə Ərəbistanı ötən il keçirilən Həcc mövsümünün bütün sahələrdə uğurlu və müstəsna keçdiyini açıqlayıb. Rəsmi məlumatlara əsasən, 1446-cı il Həcci son 50 ilin ən yaxşı mövsümü hesab olunur və zəvvarların məmnunluq səviyyəsi 91 faizə yüksəlib.

10 Noyabr 2025 08:06
Həccdə Zəvvar məmnunluğu 91 faiz  təşkil edib

BAKI,AzerVoice

Səudiyyə Ərəbistanı ötən il keçirilən Həcc mövsümünün bütün sahələrdə uğurlu və müstəsna keçdiyini açıqlayıb. Rəsmi məlumatlara əsasən, 1446-cı il Həcci son 50 ilin ən yaxşı mövsümü hesab olunur və zəvvarların məmnunluq səviyyəsi 91 faizə yüksəlib. Həmçinin müqəddəs məkanlarda hazırlıq işlərinin 50 faizinin tamamlandığı bildirilib. Məkkə və Mədinədə 71 tarixi və mədəni məkanın restavrasiya etdirildiyi, üç milyondan çox ziyarətçi tərəfindən ziyarət edildiyi və məmnunluq göstəricisinin 95 faiz olduğu vurğulanıb.

AzerVoice xəbər verir ki, bu açıqlamalar Ciddədə keçirilən və beşinci dəfə təşkil olunan Həcc Konfransı və Sərgisinin açılışında səsləndirilib. “Məkkədən dünyaya” şüarı ilə keçirilən tədbirdə “Həcc və Hərəmeyn tarixi” adlı yeni elmi təşəbbüs təqdim olunub. Layihə Həccin tarixini İslamdan əvvəlki dövrdən başlayaraq Səudiyyə Ərəbistanı dövrünə qədər sənədləşdirməyi hədəfləyir.

Konfransı Məkkə bölgəsinin müavin əmiri şahzadə Səud bin Mişal bin Əbdüləziz açıb. Tədbir üç gün davam edəcək və müxtəlif sahələr üzrə 50-dən çox yerli və beynəlxalq mütəxəssis iştirak edəcək. Konfrans Həccin elmi müstəvidə sənədləşdirilməsi, mədəni irsin qorunması və müasir yanaşmaların tətbiqi baxımından mühüm platforma kimi qiymətləndirilir.

Açılış nitqində şahzadə Səud bin Mişal Həzrət Kral Salman bin Əbdüləzizin mesajını çatdıraraq, Səudiyyə Ərəbistanının Həccə xidmət etməyi tarixi məsuliyyət və dini borc kimi qəbul etdiyini bildirib. O, 1446-cı il Həcc mövsümünün təşkilati və xidmət baxımından yüksək səviyyədə keçirildiyini qeyd edib və növbəti illərdə xidmətlərə daha da təkmil yanaşma tətbiq ediləcəyini bildirib.

Kral Əbdüləziz Araşdırmaları Mərkəzinin İdarə Heyətinin sədri şahzadə Feysəl bin Salman öz çıxışında Həccin sadəcə mövsümi ibadət deyil, tarix boyunca tövhidə doğru uzanan mənəvi yolçuluq olduğunu deyib. O, Səudiyyə dövlətinin tarixindən bu günə qədər Həccə xidmət etməyi müstəqim bir siyasi və dini xətt kimi davam etdirdiyini bildirib.

Həcc və Ümrə naziri Dr. Töfiq ər-Rabiə qeyd edib ki, 1446-cı ilin Həcci son 50 ildə ən uğurlu mövsüm kimi qeydə alınıb. O, zəvvarların məmnunluq göstəricisinin 2022-ci ildəki 74 faizdən 91 faizə yüksəldiyini bildirib. Nazirin sözlərinə görə, növbəti Həcc mövsümünə hazırlıqlar 13 Zilhiccə tarixindən başlayıb və bütün dövlət qurumlarının iştirakı ilə davam edir.

Nazir həmçinin müqəddəs məkanların 50 faizinin artıq hazır olduğunu, qalan işlərin Zilqədə ayının əvvəlində tamamlanacağını bəyan edib. Yaşayış və mehmanxana obyektlərinin 70 faizinin hazır olduğu, “Nusuk” tətbiqinin istifadəçi sayının 40 milyonu keçdiyi və süni intellekt texnologiyaları ilə təkmilləşdirildiyi açıqlanıb.

Konfrans Kral Salman bin Əbdüləzizin himayəsi altında, Həcc və Ümrə Nazirliyinin təşkilatçılığı və Zəvvarlara Xidmət Proqramının əməkdaşlığı ilə keçirilir. Tədbirə yerli və beynəlxalq rəsmi nümayəndəliklər, akademiklər və Həcc missiyaları qatılıb. Konfrans Həcc xidmətlərində modern yanaşmaların, innovativ texnologiyaların və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından qlobal platforma kimi dəyərləndirilir.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Həcc #Həcc ziyarəti #Həcc və Ümrə ziyarəti #Həcc qaydaları #Həcc səfəri tarixi #Həcc 2025 yolları #Həcc üçün quru yollar #Müasir həcc logistika sistemi #Həcc 2026 #Həcc və Hərəmeyn tarixi #Məkkədən dünyaya

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək

20:37
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib

13:44
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbinin ölkəyə keçirilməsinin qarşısı alınıb

13:33
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək

11:44

Son Xəbərlər

Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
Qətər və BƏƏ rəsmiləri regionda gərginliyin azaldılması səylərini müzakirə edib
20:59
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
Oman körfəzində ticarət gəmiləri atəşə tutulub
20:55
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
20:47
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
Səudiyyə Ərəbistanı sənaye və investisiya imkanlarını Ciddədə təqdim edəcək
20:37
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
Qəzzada dağıntılar altından 11 meyit çıxarılıb
20:34
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.