4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Hüquq Bələdçisi - Dövlət Sektoru və Mediasiya

“Hüquq və Cəmiyyət” rubrikasının bu buraxılışında diqqətimizi dövlət qurumlarında mediasiyanın tətbiqinə yönəltdik. Dövlət qurumlarında yaranan mübahisələr çox vaxt uzun müddət davam edən müraciət və şikayət proseslərinə çevrilir. Lakin mediasiya bu kimi hallarda daha sürətli, səmərəli və qarşılıqlı etimada əsaslanan alternativ mexanizm kimi ön plana çıxır.

18 Noyabr 2025 11:23
Hüquq Bələdçisi - Dövlət Sektoru və Mediasiya

BAKI, AzerVoice, Nailə Babazadə

AzerVoice-un təqdim etdiyi yeni Hüquq Bələdçisi rubrikasında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev dövlət sektorunda mediasiyanın rolunu şərh edib.

“Hüquq və Cəmiyyət” rubrikasının bu buraxılışında diqqətimizi dövlət qurumlarında mediasiyanın tətbiqinə yönəltdik.

Dövlət qurumlarında yaranan mübahisələr çox vaxt uzun müddət davam edən müraciət və şikayət proseslərinə çevrilir. Lakin mediasiya bu kimi hallarda daha sürətli, səmərəli və qarşılıqlı etimada əsaslanan alternativ mexanizm kimi ön plana çıxır.

Bu mövzuda fikirlərini bölüşmək üçün Hümmət Əliyevlə söhbətləşdik.

– Hümmət müəllim, dövlət qurumlarında yaranan mübahisələrdə mediasiya tətbiq olunurmu?
– Bəli, artıq bir çox dövlət qurumlarında mediasiya tətbiq olunur və bu istiqamətdə maraq getdikcə artır. Əmək münasibətləri, sosial məsələlər, bələdiyyə ilə vətəndaş arasındakı anlaşmazlıqlar, eləcə də inzibati xarakterli mübahisələr mediasiya üçün ən uyğun sahələrdir. Bu, həm dövlət orqanlarının iş yükünü azaldır, həm də vətəndaşların müraciətlərinin daha çevik həllinə şərait yaradır.

– İctimai xidmətlər sahəsində mediasiya hansı faydalar yaradır?
– Ən böyük üstünlüklərdən biri vaxt və maliyyə qənaətidir. Məhkəmə prosesləri aylarla, bəzən illərlə davam etdiyi halda, mediasiyada tərəflər daha qısa müddətdə razılığa gələ bilirlər. Bundan başqa, mediasiya dövlət–vətəndaş münasibətlərində etimadı gücləndirir, tərəflər arasında konstruktiv dialoq yaradır və xidmət keyfiyyətinə müsbət təsir göstərir.

– Dünyada dövlət və vətəndaş münasibətlərində mediasiya hansı ölkələrdə sınaqdan keçirilib?
– ABŞ, Kanada, Hollandiya və Skandinaviya ölkələri bu sahədə ən qabaqcıl təcrübəyə malikdir. Bu ölkələrdə inzibati mübahisələrin böyük hissəsi məhkəməyə getmədən, məhz mediasiya yolu ilə həll olunur. Bu model təkcə münaqişələrin həllini sürətləndirmir, həm də dövlət xidmətlərində şəffaflığı və məmnunluğu artırır.

– İnzibati mediasiyanın hüquqi çərçivəsi necə müəyyən edilir?
– Bu proses “Mediasiya haqqında” qanun, inzibati hüquq normaları və dövlət qurumlarının daxili qaydaları ilə tənzimlənir. Qanunvericilik mediatorun səlahiyyətlərini, tərəflərin hüquq və öhdəliklərini, habelə prosesin necə aparılmalı olduğunu dəqiq müəyyən edir. Bu da prosesin tam hüquqi əsaslarla aparılmasını təmin edir.

– Dövlət mediasiya prosesində neytrallığı necə qoruyur?
– Neytrallıq mediasiyanın ən əsas prinsiplərindən biridir. Birincisi, mediator dövlət qurumundan asılı olmayan müstəqil şəxs olur. İkincisi, proses tam könüllülük əsasında qurulur, hər iki tərəf bərabər söz haqqına malikdir. Nəticə isə tərəflərin iradəsi ilə formalaşır. Bu prinsip obyektivliyin və ədalətin əsas təminatıdır.

– Hümmət müəllim, mediasiyanın dövlət sektorunda genişlənməsi nəyi dəyişə bilər?
– Bu proses həm vətəndaşların hüquqlarının daha effektiv müdafiəsinə, həm də dövlət xidmətlərinin keyfiyyətinin yüksəlməsinə töhfə verir. Mediasiyanın geniş tətbiqi həm cəmiyyət, həm dövlət, həm də hüquq sistemi üçün böyük üstünlüklər yaradır.

“Gələcəyin hüququ yalnız qanunla deyil, dialoqla idarə olunacaq. Mediasiya o dialoqun qapısını açır.”

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]

Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44

Məqalədə: #Hümmət Əliyev #Hüquq və azadlıqlar #Beynəlxalq hüquq normaları #Beynəlxalq hüquq pozuntuları #Beynəlxalq hüquq #İnsan hüquqları pozuntuları #Quba 1 saylı Mediasiya Təşkilatı #mediasiya nədir #mediasiya prosesi #mediasiyanın hüquqi qüvvəsi #Mediasiyada qarşılıqlı razılıq #Ədliyyə sistemində mediasiya rolu #Onlayn mediasiya #Dövlət sektorunda mediasiya #Dövlət qurumları #Neytrallıq prinsipi #Əmək münasibətləri #Mediasiya təcrübəsi

Mövzu üzrə digər xəbərlər

Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb
Küveyt

Küveyt İranın hücumlarını bölgə üçün təhlükəli gərginlik adlandırıb

3 Sentyabr 18:08
Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib
Küveyt

Küveyt İranın Səudiyyə tankerinə hücumunu kəskin şəkildə pisləyib

2 Sentyabr 19:18
Mediator özünü necə inkişaf etdirməlidir?
Cəmiyyət

Mediator özünü necə inkişaf etdirməlidir?

31 Avqust 10:40
İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb
Fələstin

İsrailli ravvin Qərb Sahilində fələstinlilərin qovulmasına çağırıb

31 Avqust 10:39

Son Xəbərlər

Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
Daman Əmirlik Qadınlar Gününə həsr olunan aylıq proqram başladıb
17:00
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
16:38
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
16:30
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
Fatih Sultan Mehmed xristianlığa meyil edibmi? - Tarixi faktlar nə deyir?
16:17
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
Misir funtu 1 dollar üçün 51 funt səviyyəsinə düşüb
15:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.