4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Hüquq Bələdçisi - Mediasiyada Etik Dəyərlər: “Gizlilik prosesin qırmızı xəttidir”

Hüquq Bələdçisi rubrikasının növbəti buraxılışında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev mediasiyada etik məsuliyyət və gizlilik prinsiplərinin əhəmiyyətindən danışıb. Müasir dövrdə mediasiya institutunun genişlənməsi ilə yanaşı, etik davranış qaydaları və peşə məsuliyyəti məsələləri daha da aktuallaşır. Hüquqi proseslə yanaşı, mediatorların etik prinsiplərə riayət etməsi tərəflər arasında etimadın əsas şərti kimi qəbul olunur.

24 Noyabr 2025 14:44
Hüquq Bələdçisi - Mediasiyada Etik Dəyərlər: “Gizlilik prosesin qırmızı xəttidir”

BAKI, AzerVoice, Nailə Babazadə

AzerVoice-un Hüquq Bələdçisi rubrikasının növbəti buraxılışında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev mediasiyada etik məsuliyyət və gizlilik prinsiplərinin əhəmiyyətindən danışıb.

Müasir dövrdə mediasiya institutunun genişlənməsi ilə yanaşı, etik davranış qaydaları və peşə məsuliyyəti məsələləri daha da aktuallaşır. Hüquqi proseslə yanaşı, mediatorların etik prinsiplərə riayət etməsi tərəflər arasında etimadın əsas şərti kimi qəbul olunur.

Hümmət Əliyev “Gizlilik mediasiyanın bünövrəsidir və bu prinsipin pozulması prosesi tamamilə mənasız edə bilər” deyərək mediasiyada etik çərçivənin vacibliyini vurğulayıb.

Bu mövzuda fikirlərini bölüşmək üçün Hümmət Əliyevlə söhbətləşdik.

– Mediatordan hansı etik prinsiplərə riayət etməsi tələb olunur?

-Mediasiyanın uğuru mediatorun etik davranışına birbaşa bağlıdır. Mediator qərəzsiz, müstəqil, ədalətli olmalı, heç bir tərəfin mövqeyinə üstünlük verməməlidir. Gizlilik və peşəkarlıq əsas prinsiplərdir. Hər bir tərəfə hörmət göstərmək və etibarlı mühit yaratmaq mediatorun peşə borcudur.

– Gizlilik prinsipinin pozulması nə ilə nəticələnə bilər?

- Gizlilik pozularsa, proses öz mahiyyətini itirir. Tərəflər arasında etimad sarsılır, məxfi məlumatların yayılması hüquqi məsuliyyət doğura və şəxsi, həmçinin kommersiya nüfuzuna zərər vura bilər. Buna görə gizlilik mediasiyanın “qırmızı xətti” hesab olunur.

– Etik pozuntular üzrə beynəlxalq təcrübə necədir?

- Beynəlxalq media­siya institutlarında etik qaydaların pozulmasına çox ciddi yanaşılır. ABŞ və Avropada xüsusi etik komissiyalar fəaliyyət göstərir və şikayətlər dərhal araşdırılır. Cəzalar xəbərdarlıqdan lisenziyanın ləğvinə qədər dəyişir. UNCITRAL və CEPEJ standartları dünya üzrə vahid etik çərçivənin formalaşmasına mühüm təsir göstərir.

– Mediasiyada tərəflərin bərabərliyi necə təmin olunur?

- Tərəflərin bərabər söz haqqı və məlumatlandırılması əsas tələbdir. Mediator sosial, emosional və iqtisadi fərqliliklərin prosesə təsir etməsinin qarşısını alır. Görüşlərin formatı yalnız tərəflərin razılığı ilə müəyyən edilir.

– Mediator və tərəflərdən gözlənilən etik davranış nələrdir?

- Mediator üçün etik davranış qərəzsizlik, məsuliyyət, peşəkarlıq və gizlilik deməkdir. Tərəflər isə prosesi səmimi, konstruktiv şəkildə aparmalı, bir-birinə hörmətlə yanaşmalı və düzgün məlumat verməlidirlər. Bu əməkdaşlıq mediasiyanın nəticəliliyini əhəmiyyətli dərəcədə artırır.

“Gələcəyin hüququ yalnız qanunla deyil, dialoqla idarə olunacaq. Mediasiya o dialoqun qapısını açır.”

Ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti,
"İlqaroğlu" Business Center, II mərtəbə.
Tel.mob: (+994) 77 450.77.44, (+994) 77 450.77.44
E/ünvan: [email protected]

Şabran ofisi:
Ünvan: Şabran şəhəri, Zərifə Əliyev küç., (Şabran Məhkəməsinin qarşısı)
Tel.mob: (+994) 77 588.77.44

Məqalədə: #Quba Rayon İcra Hakimiyyəti #Hümmət Əliyev #Mediasiya Təşkilatı #Mediasiya Şurası #Quba 1 saylı Mediasiya Təşkilatı #MediasiyaŞurasıə #Quba Mediasiya #mediasiya nədir #mediasiya prosesi #mediasiyanın hüquqi qüvvəsi #Hüquq Bələdçisi #Mediasiya və məhkəmə prosesi arasındakı fərqlər #Mediasiyada qarşılıqlı razılıq #Xarici dildə mediasiya mümkündürmü #Onlayn mediasiya #Azərbaycan mediasiya sistemi #Dövlət sektorunda mediasiya #Mediasiya təcrübəsi

Mövzu üzrə digər xəbərlər

Mediator özünü necə inkişaf etdirməlidir?
Cəmiyyət

Mediator özünü necə inkişaf etdirməlidir?

31 Avqust 10:40
Sertifikat mediator üçün nə deməkdir?
Cəmiyyət

Sertifikat mediator üçün nə deməkdir?

25 Avqust 12:49
Mediatorların təlimi necə təşkil olunmalıdır?
Cəmiyyət

Mediatorların təlimi necə təşkil olunmalıdır?

17 Avqust 11:14
Mediasiya məhkəməni əvəz edirmi?
Cəmiyyət

Mediasiya məhkəməni əvəz edirmi?

10 Avqust 11:58

Son Xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
21:12
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.