Qubada Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Quba şəhərində Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsindəki rolu vurğulanıb, onun ideyalarının bu gün də cəmiyyətin və gənclərin inkişafında mühüm əhəmiyyət daşıdığı bildirilib.
Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Quba Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Quba rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib. Tədbirdə dövlət qurumları və özəl maliyyə təşkilatlarının nümayəndələrinin iştirakı ilə kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda fermer və sahibkarlarla geniş fikir mübadiləsi aparılıb.
Qubada Qərbi Azərbaycan İcması ilə Mediasiya Təşkilatı və Vətən Naminə İB arasında əməkdaşlıq memorandumu imzalanıb
Bu gün Qərbi Azərbaycan İcmasının Quba rayon nümayəndəliyində Quba 1 saylı Mediasiya Təşkilatı və "Vətən Naminə" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin iştirakı ilə görüş keçirilib və tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Quba şəhərində “Cümə” məscidi dini icması iməcilik təşkil edib
1 dekabr 2025-ci il tarixində Quba şəhərində “Cümə” məscidi dini icması ətraf mühiti gözəlləşdirmək və şəhərə yeni nəfəs gətirmək məqsədilə iməcilik keçirib. İcma üzvləri məscid ətrafında ağaclar əkib, ərazini təmizləyərək həm təbiətə, həm də insan ruhuna toxunan bir təşəbbüs göstəriblər. Tədbir iştirakçıları vurğulayıblar ki, “təmizlik imandan gəlir” və bu kiçik, amma səmimi addımlar həm şəhərin görünüşünü, həm də insanların gündəlik həyatına sevgi və harmoniyanı gətirir. İcma üzvləri həmrəyliyi və birlik ruhunu ön plana çıxararaq, belə aksiyaların gələcək nəsillər üçün yaşıl və təmiz mühitin qorunmasına töhfə verəcəyini bildiriblər.
Qubada “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib
27 noyabr 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə B.Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzi və Quba Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi birgə “Korrupsiyaya qarşı mübarizədə cəmiyyətin rolu” mövzusunda maarifləndirici tədbir keçirib.
Hüquq Bələdçisi - Mediasiyada Etik Dəyərlər: “Gizlilik prosesin qırmızı xəttidir”
Hüquq Bələdçisi rubrikasının növbəti buraxılışında Quba 1 saylı Mediasiya Təşkilatının direktoru, mediator-hüquqşünas Hümmət Əliyev mediasiyada etik məsuliyyət və gizlilik prinsiplərinin əhəmiyyətindən danışıb. Müasir dövrdə mediasiya institutunun genişlənməsi ilə yanaşı, etik davranış qaydaları və peşə məsuliyyəti məsələləri daha da aktuallaşır. Hüquqi proseslə yanaşı, mediatorların etik prinsiplərə riayət etməsi tərəflər arasında etimadın əsas şərti kimi qəbul olunur.
Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib
Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlarla biznesin qurulması və inkişaf etdirilməsi üçün təklif və ehtiyaclarına dair fikir mübadiləsi aparılıb.
Qubada Zəfər Gününə həsr olunan regional mediasiya tədbiri keçirilib
Quba şəhərində “Birlik, Zəfər və Barışın Gücü: Qubadan Mediasiya Çağırışı” adlı regional tədbir keçirilib. Tədbir Quba Rayon İcra Hakimiyyəti, YAP Quba rayon Təşkilatı, Quba 1 saylı Mediasiya Təşkilatının təşkilatçılığı və Mediasiya Şurasının dəstəyi ilə baş tutub.
Birinci Qarabağ müharibəsinin itkin şəhidinin nəşinin qalıqları Qubada dəfn edilib
Birinci Qarabağ müharibəsində itkin düşən və şəxsiyyəti yeni müəyyənləşdirilən hərbçi Murad Məlikməmməd oğlu Vəliyev dəfn edilib. AzerVoice xəbər verir ki, Quba rayonunun Nütəh kənd qəbiristanlığında torpağa tapşırılıb.