11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlarla biznesin qurulması və inkişaf etdirilməsi üçün təklif və ehtiyaclarına dair fikir mübadiləsi aparılıb.

18 Noyabr 2025 19:25
Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib

BAKI,AzerVoice

Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş görüşdə sahibkarlarla biznesin qurulması və inkişaf etdirilməsi üçün təklif və ehtiyaclarına dair fikir mübadiləsi aparılıb.

AzerVoice xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirə kənd təsərrüfatı, intensiv bağçılıq, turizm, sənaye, xidmət, ticarət, ictimai-iaşə, arıçılıq və s. sahələrdə fəaliyyət göstərən sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri, ümumilikdə 100-dən çox iştirakçı qatılıb.

Görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyəti, bu sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri vasitəsilə rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, Quba rayonu əsasən meyvəçilik və bağçılıq üzrə ixtisaslaşıb. Rayonda son illər emal müəssisələrinin yaradılması, turizm və xidmət sektorunun genişlənməsi müşahidə edilir. KOBİA da bütün regionlarda olduğu kimi Qubada sahibkarlığın inkişafına öz mandatı çərçivəsində dəstək göstərir. Rayonun iqtisadi üstünlüklərindən yararlanmaqla sahibkarlar meyvə və giləmeyvə əsaslı məhsullarda yerli brend formalaşdıra, bölgənin turizm potensialından istifadə etməklə aqroturizm və ekoturizm sahəsində yeni təşəbbüslər irəli sürə bilərlər. Həmçinin səmərəli modellərin tətbiqi, enerjiyə qənaət və yaşıl texnologiyaların biznes proseslərinə daxil edilməsi sahibkarlıq üçün faydalı olacaqdır. Dövlətin dəstək mexanizmləri barədə məlumatlı olmaq, güzəştli maliyyələşmə, ixrac və digər proqramlardan faydalanmaqla rayonun potensialına uyğun yeni biznes istiqamətlərinin araşdırılması da biznes üçün faydalıdır.

Sonra görüşdə iştirak edən sahibkarların təklifləri dinlənilib, meyvə-tərəvəz məhsullarının satışına, ⁠emal müəssisələrinin yaradılmasına, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kiçik həcmli soyuducuların alınmasına və arıçılıq təsərrüfatı üçün torpaq sahəsinin icarəyə götürülməsinə dəstək, aqroturizm, suvarma, tingçilik, infrastruktur məsələləri və s. ilə bağlı müzakirələr aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb.

Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib Sahibkarlarla növbəti görüş Quba rayonunda keçirilib
Məqalədə: #Milli Məclis #Quba Rayon İcra Hakimiyyəti #Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) #sahibkarlarla görüş #İlqar Mahmudov #Əlibala Məhərrəmzadə

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
ABŞ-nin müharibə siyasəti Tehranın mövqeyini gücləndirib - İran
21:31
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
BƏƏ saxlanılan 10 iranlı balıqçını azad edib
21:29
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.