13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“e-Culture” strategiyası çərçivəsində mədəni irs xidmətlərinin rəqəmsallaşdırılması sürətlənir

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024-2026) (“e-Culture” Strategiyası) çərçivəsində mədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılması üzrə işlər uğurla davam etdirilməkdədir.

24 Noyabr 2025 17:53
“e-Culture” strategiyası çərçivəsində mədəni irs xidmətlərinin rəqəmsallaşdırılması sürətlənir

BAKI, AzerVoice

Mədəniyyət Nazirliyinin “e-Culture” rəqəmsal inkişaf strategiyası (2024-2026) (“e-Culture” Strategiyası) çərçivəsində mədəniyyət sahəsinin müxtəlif klasterlərdə rəqəmsallaşdırılması üzrə işlər uğurla davam etdirilməkdədir.

AzerVoice xəbər verir ki, bu xüsusda, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi mədəni irsin qorunması sahəsində bir sıra xidmətləri elektron formata keçirilib və müraciətlər artıq Mədəniyyət Nazirliyinin "MyCulture" (https://my.culture.az) vahid şəxsi kabineti üzərindən qəbul olunur. Proseslərin sadələşdirilməsi, operativliyin artırılması və rəqəmsal həllər tətbiq etməklə istifadəçilərin məmnunluq səviyyəsinin yüksəldilməsi baxımından xidmətlərin elektronlaşdırılması mühüm əhəmiyyət kəsb edir.

Qoruqlarda və abidələrin mühafizə zonalarında tikinti və abadlıq işlərinin aparılmasına razılığın verilməsi, inşaat və digər təsərrüfat işləri görülərkən daşınmaz tarix və mədəniyyət abidələri aşkar edildiyi halda, onların yerləşdiyi ərazidə inşaat və digər təsərrüfat işlərinin aparılmasına icazənin verilməsi, daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi, dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinə aid yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və ya qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə razılığın verilməsi, xüsusi mülkiyyətdə olan daşınmaz tarix və mədəniyyət abidələrinin və onlara aid yaşayış və qeyri-yaşayış sahələrinin icarəyə verilməsinə razılığın verilməsi, daşınmaz tarix və mədəniyyət abidələri və ya onların ayrı-ayrı hissələrinin üzərində bərpa, konservasiya, təmir, rekonstruksiya, regenerasiya və digər işlərin görülməsi üçün müvafiq layihələrə razılığın verilməsi üzrə müraciətlər “MyCulture" (https://my.culture.az) şəxsi kabineti üzərindən elektron təqdim olunur.

İstifadəçilər şəxsi kabinetinə daxil olaraq şəxsi hesab yarada, bir pəncərə prinsipi əsasında mədəniyyət sahəsində xidmətlərdən istifadə edə, müraciət və təkliflər göndərə, elanlarla tanış ola, müraciətlərin statusunu izləyə bilər.

Elektronlaşdırılan xidmətlərdən biri də “Daşınmaz tarix və mədəniyyət abidələrinin alqı-satqısına razılığın verilməsi” xidmətidir. “Tarix və мədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən, xüsusi mülkiyyətdə olan abidələr satılarkən mülkiyyətçi bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə məlumat verməlidir.

Qeyd olunan xidmətin timsalında dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin mülki dövriyyəsi (alqı-satqı, bağışlama) ilə əlaqədar proseslərin rəqəmsal mühitə daşınması ilə operativliyin təmin edilməsi, prosesin elektron formada izlənməsi, vaxt itkisinin qarşısının alınması və istifadəçilərin мəmnunluq səviyyəsinin yüksəldilməsi təmin ediləcəkdir.

“e-Culture” strategiyası çərçivəsində mədəni irs xidmətlərinin rəqəmsallaşdırılması sürətlənir
Məqalədə: #Mədəniyyət Nazirliyi #MyCulture

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.