6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib.

25 Noyabr 2025 10:43
İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib

BAKI,AzerVoice

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi “CyberCollab” layihəsi çərçivəsində İsrailin “Technion” Texnologiya İnstitutu ilə birgə AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yollarının (AZAL) rəhbər şəxsləri üçün kibermaarifləndirmə təlimi təşkil edib.

AzerVoice xəbər verir ki, təlimdə AZAL-ın 50-dən çox rəhbər şəxsi iştirak edib.

Tədbirdə çıxış edən İRİA-nın sədr müavini Şahin Əliyev aviasiya sahəsində kiberhücum risklərindən bəhs edərək bu sahənin rəhbər şəxslərinin kiberhücumlara qarşı hazırlıqlı olmalarının vacibliyini və bu istiqamətdə kibertəhlükəsizlik təlimlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləri tərəfindən təqdim olunan sessiyalarla davam edib. Təlim sessiyaları çərçivəsində iştirakçılar real aviaşirkət məlumat sızmaları əsasında risklərin xəritələndirilməsi, kritik məlumatların qorunması və sızma baş verdikdə rəhbərliyin atmalı olduğu addımlarla tanış olublar. Real kiberhücum ssenarisi əsasında hücumun uçuş əməliyyatları, rezervasiya sistemləri və sərnişin kommunikasiya kanallarına təsiri qiymətləndirilərək rəhbər şəxslər hücum zamanı sistemlərin bərpası üzrə prioritetlərin müəyyənləşdirilməsi, xidmətin fasiləsizliyinin təmin edilməsi və s. istiqamətlərdə real qərarvermə ssenariləri üzərində çalışıblar.

Sessiyalar zamanı böyük maliyyə və reputasiya itkilərinə səbəb ola biləcək, xüsusilə rəhbər şəxsləri hədəf alan fırıldaqçılıq hücumlarının real nümunələr əsasında təhlili aparılaraq, iştirakçılara daxili prosedurların möhkəmləndirilməsi barədə tövsiyələr verilib.

Süni intellektin kibertəhlükəsizlikdə həm müdafiə, həm də hücum tərəfdə yaratdığı imkan və riskləri əhatə edən sessiyada rəhbər şəxslər süni intellekt əsaslı müdafiə sistemləri, eləcə də süni intellekt texnologiyaları ilə gücləndirilmiş hücumlara qarşı qurumun dayanıqlığını artırmaq üçün tələb olunan strateji hazırlıq addımları ilə tanış olublar.

Komanda əsaslı simulyasiya zamanı isə rəhbər şəxslər kiberinsident anında operativ qərarvermə, kommunikasiya və böhran idarəetməsi proseslərini təcrübədə tətbiq ediblər.

Tədbir spikerlərin iştirakı ilə keçirilən dəyirmi masa müzakirəsi və aviasiya sektoruna dair araşdırma nəticələrinin təqdimatı ilə yekunlaşıb.

Qeyd edək ki, təlimin keçirilməsinin əsas məqsədi aviasiya sənayesində artmaqda olan kiberhücum risklərinə qarşı rəhbər heyətin operativ qərarvermə bacarıqları, məlumatlılığı və strateji hazırlığını gücləndirməkdir.

Xatırladaq ki, Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi fəaliyyətə başladıqdan bu günə qədər 200-ə yaxın rəhbər şəxsə kibermaarifləndirmə təlimləri təşkil edib. Təlimlərdə Kənd Təsərrüfatı Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin alt qurumları, “FinTech” sahəsinin və neft-qaz sektorunu əhatə edən qurumların rəhbər şəxsləri iştirak ediblər.

İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib İRİA rəhbər şəxslər üçün növbəti kibermaarifləndirmə təlimi təşkil edib
Məqalədə: #AZAL #AZCON Holding #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi #kibertəhlükəsizlik təlimi #CyberCollab layihəsi #İRİA kibertəhlükəsizlik təşəbbüsləri #Technion kibertəhlükəsizlik təlimi #AZAL rəhbər heyətinin təlimi #aviasiya sektorunda kibertəhlükəsizlik #kiberhücum risklərinin idarə olunması

Mövzu üzrə digər xəbərlər

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov
Cəmiyyət

AZAL-ın 2026-cı il üçün əsas prioritetlərindən biri rəqəmsal müştəri təcrübəsinin təkmilləşdirilməsidir - Vasif Məmmədov

6 İyul 12:49
AZAL Brüsselə birbaşa uçuşlara başlayır
Cəmiyyət

AZAL Brüsselə birbaşa uçuşlara başlayır

1 İyul 14:16
AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub
İqtisadiyyat

AZAL təyyarə parkına ilk yeni nəsil “Airbus A321neo”nu əlavə olunub

26 İyun 10:51
AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib
Cəmiyyət

AZAL Naxçıvan reyslərini hava şəraitinə görə ləğv edib

18 İyun 22:30

Son Xəbərlər

BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
İslam alimlərinin riyaziyyat, astronomiya və coğrafiya sahəsində töhfələri
12:00
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
Hizbullah İranın tələbi ilə Əli ət-Tahir yüksəkliklərini ölkə ordusuna yox, İsrailə təhvil verib
11:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.