5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Məşğulluq sahəsində Litva ilə əməkdaşlıq genişləndirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasının Vilnüs şəhərində rəsmi səfərdə olub.

25 Noyabr 2025 22:38
Məşğulluq sahəsində Litva ilə əməkdaşlıq genişləndirilir

BAKI, AzerVoice,Orxan Qədirzadə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müavini Hasil Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Litva Respublikasının Vilnüs şəhərində rəsmi səfərdə olub.

AzerVoice xəbər verir ki, səfərin əsas məqsədi aktiv məşğulluq tədbirləri istiqamətində Litva Respublikasının Dövlət Məşğulluq Xidməti ilə əməkdaşlığın gücləndirilməsidir.

Səfər çərçivəsində nümayəndə heyəti Litva Respublikasının Dövlət Məşğulluq Xidmətinin nümayəndələri və Litva Ticarət, Sənaye və Sənətkarlıq Palataları Assosiasiyasının prezidenti ilə görüşlər keçirib.

Görüşlərdə qurumların fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və beynəlxalq əməkdaşlıqlar barədə məlumat verilib, eləcə də karyera məsləhət xidmətinin təşkili və özünüməşğulluq sahəsində təcrübələr bölüşülüb.

Həmçinin, Litva Respublikasının Dövlət Məşğulluq Xidməti ilə əlaqələrin gücləndirilməsi və əməkdaşlıq sənədinin imzalanması istiqamətində danışıqlar aparılıb və müvafiq razılıq əldə edilib.

Məqalədə: #Dövlət Məşğulluq Agentliyi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Hasil Abbasov #Litva Respublikası #Vilnüs #Litva Respublikasının Dövlət Məşğulluq Xidməti #Litva Ticarət #Sənaye və Sənətkarlıq Palataları Assosiasiyası

Mövzu üzrə digər xəbərlər

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
İqtisadiyyat

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

31 Avqust 19:32
“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub
Cəmiyyət

“Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub

15 İyul 19:02
DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq
Cəmiyyət

DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

9 İyul 20:36
Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü
Siyasət

Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

25 İyun 19:51

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.