13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq - İRİA rəsmisi

Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər qaçılmazdır. Biz bu dəyişiklikləri həyatın bir parçası kimi qəbul etməliyik.

29 Noyabr 2025 11:33
Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq - İRİA rəsmisi

BAKI, AzerVoice

Süni intellekt bəzi sahələrdə dəyişikliklərə səbəb olacaq və bu dəyişikliklər qaçılmazdır. Biz bu dəyişiklikləri həyatın bir parçası kimi qəbul etməliyik.

AzerVoice xəbər verir ki, bu fikirləri bu gün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşkil etdiyi “İKT Karyera Sərgisi 2025”də panel müzakirəsində çıxışı zamanı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Data idarəedilməsi departamentinin müdiri Kamran Ağayev səsləndirib.

"Ənənəvi yolla işləməyə davam etmək sizi doğru yola aparmaya bilər. 25 illik karyeram ərzində bir neçə inqilab gördüm və müşahidə etdim ki, ənənəvi üsullarla davam edən mütəxəssislər uğur qazanmır. Buna görə də karyera istiqamətində ənənəvi deyil, innovativ yollarla hərəkət etmək lazımdır”, - o əlavə edib.

Kamran Ağayev qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”ndan sonra Data idarəedilməsi üzrə strateji yol xəritəsi hazırlanacaq. Bu strategiyanın qəbulu gələn il üçün planlaşdırılır və sənədlər hazırda bir neçə dövlət qurumunda yoxlanışdadır:

“Dünyada yeni tələblərə uyğun ixtisaslar yaradılır və bunlar Azərbaycana gətirilməlidir. Bütün sahələrdə beynəlxalq təcrübəni ölkəmizə tətbiq etmək vacibdir”.

Məqalədə: #Prezident İlham Əliyev #Süni intellekt #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #Kamran Ağayev

Mövzu üzrə digər xəbərlər

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı
Fələstin

Bu gün İsrail-Fələstin sülh sazişi imzalanmışdı

09:00
Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?
Yuxuyozma

Yuxuda qarğa görmək nəyə işarədir- Dəfn, qələbə, yoxsa itki?

08:00
Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı
Səudiyyə Ərəbistanı

Husilər Cazan bölgəsində mülki obyektləri niyə hədəf aldı

07:46
Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib
Texnologiya

Anthropic süni intellektin inkişaf sürəti ilə bağlı xəbərdarlıq edib

12 Sentyabr 19:55

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.