9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusi əhəmiyyət kəsb edir - Nazir müavini

Könüllülük sosial bir təşəbbüs deyil, bu – vətəndaş həmrəyliyinin, dövlətə bağlılığın ən gözəl təcəssümüdür. Bunu bu gün ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

4 Dekabr 2025 14:15
Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusi əhəmiyyət kəsb edir - Nazir müavini

BAKI, AzerVoice

Könüllülük sosial bir təşəbbüs deyil, bu – vətəndaş həmrəyliyinin, dövlətə bağlılığın ən gözəl təcəssümüdür.

AzerVoice xəbər verir ki, bunu bu gün ədliyyə nazirinin müavini Toğrul Hüseynov “Konstitusiya və Suverenlik İli”nə həsr edilən 7-ci “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində keçirilən Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumunda çıxışı zamanı deyib.

Nazir müavini xatırladıb ki, hər il Azərbaycanda Könüllülər Günü geniş miqyasda qeyd olunur. Bu, Azərbaycan gəncliyinə göstərilən diqqətin, dövlətimizin gənclər siyasətinə verdiyi yüksək dəyərin daha bir bariz təcəssümüdür:

“Bu forumun “həmrəyliyin simvolu” kimi adlandırılması təsadüfi deyil, həmrəylik hər birimizin daxilində daşıdığı məsuliyyət hissidir. Könüllülər isə bu məsuliyyətin ən fəal, ən fədakar daşıyıcılarından hesab olunur”.

T. Hüseynov vurğulayıb ki, Konstitusiyamız vətəndaşların cəmiyyətə töhfə vermək, sosial ədaləti və həmrəyliyi möhkəmləndirmək kimi əsas prinsiplərini vurğulayır:

“Son illər ölkəmizdə könüllülərin fəaliyyəti dövlət sektorunda xüsusi əhəmiyyət kəsb etməyə başlayıb. Dövlət qurumlarında, o cümlədən Ədliyyə Nazirliyində könüllülük fəaliyyəti geniş miqyasda tətbiq olunur. Konstitusiya və qanunvericiliyin tələbləri çərçivəsində Ədliyyə Könüllülər Hərəkatı gənclərimizin bilik və bacarıqlarının artırılmasına, dövlət qurumlarının fəaliyyətində onların fəal iştirakına mühüm töhfə verir.

Gənclərlə sıx və kompakt işin qurulması, Nazirliyin fəaliyyətinin ictimai əsaslarda dəstəklənməsi, strateji insan kapitalının formalaşdırılması, könüllülük hərəkatının real bacarıqlarla zənginləşdirilməsi çox vacibdir.

Könüllülərimizə yeni bacarıqlar qazandırmaq, onların inkişafına dəstək vermək, ayrılan qısa müddət ərzində maksimum səmərəliliyi təmin etmək bizim əsas hədəflərimizdən biridir.

Ədliyyə Nazirliyi olaraq gənclərin bizimlə birlikdə müxtəlif strateji fəaliyyətlərdə iştirak etməsi, Nazirliyin aparıcı qurumlarında və regional idarələrində təcrübə keçməsi bizim üçün böyük qürurdur”.

Məqalədə: #Konstitusiya və Suverenlik İli #Ədliyyə nazirliyi #vətəndaş həmrəyliyi #Toğrul Hüseynov #7-ci Azərbaycan Könüllülük Həftəsi #Azərbaycan Könüllülərinin 8-ci Həmrəylik Forumu #Azərbaycanda Könüllülər Günü

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.