7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında rəsmi səfərdə olub.

4 Dekabr 2025 19:23
Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir

BAKI, AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Mərakeş Krallığında rəsmi səfərdə olub.

AzerVoice xəbər verir ki, səfər Agentlik ilə Mərakeş Krallığının Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi (ANAPEC) arasında imzalanmış 2025–2026-cı illər üzrə Fəaliyyət Planının icrası çərçivəsində baş tutub.

Nümayəndə heyəti ANAPEC-in direktoru Abdullah Çouih və qurumun aidiyyəti struktur bölmələrinin rəhbərləri ilə görüşlər keçirib. Görüşlərdə ANAPEC tərəfindən icra olunan aktiv məşğulluq proqramları, miqrasiya sahəsində həyata keçirilən təşəbbüslər, iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.

Həmçinin, nümayəndə heyəti ANAPEC-in tərəfdaşlığı ilə fəaliyyət göstərən, pedaqoji fəaliyyətlə məşğul olmaq istəyən gənclər üçün peşə hazırlığı proqramları həyata keçirən və xüsusi qayğıya ehtiyacı olan şagirdlərlə işləyən AHAR SEBTI Assosiasiyası, eləcə də Həmrəylik Rəqəmsal İnkubatoru ilə tanış olub. Səfər zamanı “Məşğulluğa yönəlik kouçinq” layihəsinin təlimçiləri və kouçları ilə də görüşlər keçirilib.

Bundan əlavə, nümayəndə heyəti Mərakeşin Sale və Rabat şəhərlərinin ucqar bölgələrində vətəndaşlara məşğulluq xidmətlərinin göstərilməsi məqsədilə yaradılmış mobil məşğulluq bölmələrinin fəaliyyəti ilə yerində tanış olub.

Qeyd edək ki, Fəaliyyət Planının icrası çərçivəsində ANAPEC nümayəndə heyətinin də Azərbaycana səfəri nəzərdə tutulur.

Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir Azərbaycan və Mərakeş arasında məşğulluq sahəsində əməkdaşlıq genişlənir
Məqalədə: #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti #Mərakeş Krallığının Məşğulluğun və Bacarıqların Təşviqi üzrə Milli Agentliyi (ANAPEC) #Abdullah Çouih #Mərakeşin Sale və Rabat şəhərləri

Mövzu üzrə digər xəbərlər

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub
İqtisadiyyat

Türkiyə nümayəndə heyəti DOST Agentliyində olub

31 Avqust 19:32
DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq
Cəmiyyət

DOST modeli Moldovada pilot mərhələdə tətbiq olunacaq

9 İyul 20:36
Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü
Siyasət

Azərbaycanın təcrübəsi BMT tərəfindən Dövlət Xidmətləri Mükafatına layiq görüldü

25 İyun 19:51
Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib
Cəmiyyət

Nazir Anar Əliyev Qobustanda vətəndaşların müraciətlərini dinləyib

10 Aprel 14:28

Son Xəbərlər

İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
İraqda məzhəbçi çağırış edənlər həbs ediləcək
15:58
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
Səudiyyə Ərəbistanı Yəməndə 863 mina və partlayıcı qurğunu zərərsizləşdirib
15:55
"44" bədii filminin premyerasının vaxtı məlum olub
"44" bədii filminin premyerasının vaxtı məlum olub
15:47
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
Səudiyyə Ərəbistanı Əl-Xəfci şəhərində yeni sahil layihəsi həyata keçirəcək
15:34
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
Səudiyyə Ərəbistanı Keniyada din xadimləri üçün təlim kursu keçirib
15:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.