12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

Azərbaycanla Özbəkistan arasında mədəni əməkdaşlıq hər il inkişaf edir və zənginləşir. Bunu Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov bildirib. Onun sözlərinə görə, hazırkı Mədəniyyət Günləri genişləndirilmiş proqram və daha geniş coğrafi əhatə dairəsi ilə fərqlənir. "Bu gün bütün həftəni əhatə edəcək geniş bir mədəni proqramın yalnız başlanğıcı idi. Geniş auditoriya üçün ümumi konsert proqramı təqdim etdik", - deyə o qeyd edib.

14 Dekabr 2025 23:00
Azərbaycan və Özbəkistan arasında mədəni əməkdaşlıq hər il zənginləşir - Səfir

BAKI, AzerVoice

Azərbaycanla Özbəkistan arasında mədəni əməkdaşlıq hər il inkişaf edir və zənginləşir.

Bunu AzerVoice-a Özbəkistan Mədəniyyət Günlərinin açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Bəhrom Əşrəfxanov bildirib.

Onun sözlərinə görə, hazırkı Mədəniyyət Günləri genişləndirilmiş proqram və daha geniş coğrafi əhatə dairəsi ilə fərqlənir.

"Bu gün bütün həftəni əhatə edəcək geniş bir mədəni proqramın yalnız başlanğıcı idi. Geniş auditoriya üçün ümumi konsert proqramı təqdim etdik", - deyə o qeyd edib.

Səfir açılış mərasimində dövlət qurumlarının nümayəndələrinin, parlament üzvlərinin, diplomatik nümayəndəliklərin rəhbərləri və nümayəndələrinin, eləcə də Özbəkistan klassik və müasir musiqisinin həvəskarları iştirak etdiyini bildirib.

O, konsert proqramının xüsusi olaraq Azərbaycan ictimaiyyəti üçün hazırlandığını və həm qədim mədəni ənənələri, həm də müasir incəsənət tendensiyalarını əks etdirdiyini vurğulayıb.

"Proqramda Özbəkistanın müxtəlif bölgələrindən — Səmərqənd və Buxaradan Daşkənd və Xarəzməyə qədər — musiqi və xoreoqrafiya təqdim olunub. Repertuar, geyimlər və səhnə dekorasiyaları mədəniyyətimizin genişliyini və dərinliyini nümayiş etdirir", - deyə o bildirib.

Səfirin sözlərinə görə, proqramda özbək əsərləri ilə yanaşı, Azərbaycan mahnıları və rəqsləri də yer alıb ki, bu da tədbirlərə əməkdaşlıq xarakteri verib.

O qeyd edib ki, mədəni tədbirlər qarşıdakı günlərdə də davam edəcək. "Novruz" rəqs qrupu Heydər Əliyev Sarayında çıxış edəcək, Azərbaycan Dövlət Filarmoniyasında isə ayrıca orkestr konserti keçiriləcək.

Bundan əlavə, 18 dekabrda Özbəkistan nümayəndə heyəti Füzuli şəhərinə səfər edəcək və burada yerli sakinlərə musiqi və rəqs proqramı təqdim olunacaq.

"Biz bütün Azərbaycanı sevindirmək və Özbəkistan mədəniyyətini təkcə paytaxt ictimaiyyətinə deyil, həm də regionlara çatdırmaq istəyirik", - deyə səfir vurğulayıb.

Məqalədə: #Azərbaycan #Özbəkistan #Səmərqənd #Füzuli #Daşkənd #Heydər Əliyev Sarayı #Bəhrom Əşrəfxanov #Buxara #Xarəzm

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.