4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dövlət Komitəsinin sədri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb

Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu haqda AzerVoice Komitədan daxil olan məlumatda bildirilib.

23 Dekabr 2025 13:51
Dövlət Komitəsinin sədri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb

BAKI,AzerVoice

Dekabrın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov ölkəmizdə səfərdə olan Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu haqda AzerVoice Komitədan daxil olan məlumatda bildirilib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. İki ölkə arasında dövlət-din münasibətləri kontekstində təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Məlumata əsasən, Komitə sədri Ramin Məmmədov Azərbaycan Din Xadimlərinin II Forumunun ölkəmizdə dini həmrəyliyin möhkəmləndirilməsi, sağlam dini düşüncənin təşviqi və dövlət-din münasibətlərinin konstitusion prinsiplər əsasında inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Forumun mövzusunun dünyəvilik və vicdan azadlığının təşviqi baxımından aktual olduğu qeyd olunub.

Diyanət İşləri İdarəsinin sədri Safi Arpaquş Azərbaycan-Türkiyə qardaşlığının dini sahədə də nümunəvi əməkdaşlıqla möhkəmləndiyini qeyd edib. O, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin gələcəkdə də uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib. Forumun din xadimləri arasında təcrübə mübadiləsinin aparılması və onların peşəkar inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığını bildirib.

Görüş qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirəsi ilə davam edib.

Dövlət Komitəsinin sədri Türkiyə Cümhuriyyəti Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb
Məqalədə: #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) #Ramin Məmmədov #Ramin Məmmədov çıxışı #Ramin Məmmədov görüş #Safi Arpaquş

Mövzu üzrə digər xəbərlər

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib
Cəmiyyət

Dövlət Komitəsində Gürcüstan nümayəndə heyəti ilə görüş keçirilib

27 Avqust 18:37
Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib
Cəmiyyət

Kəlbəcərdə işğal dövründə dağıdılmış qəbiristanlıqlara baxış keçirilib

3 Avqust 18:32
Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib
Cəmiyyət

Komitə sədri Xəzər rayonundakı "Pir Həsən" ziyarətgahını və Buzovna “Cümə” məscidini ziyarət edib

20 İyul 18:04
Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb
Cəmiyyət

Ramin Məmmədov Vatikanın Apostol Kitabxanasının və Apostol Arxivinin rəhbəri ilə görüşüb

9 İyul 16:39

Son Xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.