12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib

30 dekabr 2025-ci il, Bakı: Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatı açıqlanıb. Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub. Belə ki, Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb.

30 Dekabr 2025 17:47
Dünya Bankının “Business Ready 2025” hesabatında Azərbaycanda maliyyə xidmətləri yüksək qiymətləndirilib

BAKI,AzerVoice

30 dekabr 2025-ci il, Bakı: Dünya Bankı tərəfindən 2025-ci il üzrə “Business Ready” (B-READY) hesabatı açıqlanıb. Azərbaycan ilk dəfə qiymətləndirildiyi bu hesabatda ölkənin maliyyə xidmətləri sahəsində əldə etdiyi yüksək nəticələr qeyd olunub.

AzerVoice xəbər verir ki, belə ki, Azərbaycan “maliyyə xidmətləri” komponenti üzrə mümkün 100 baldan 87.2 bal toplayaraq qiymətləndirmədə yer alan 101 ölkə arasında 1-ci pillədə qərarlaşıb.

Qiymətləndirmədə ballar 0-100 intervalında verilib. Bu göstərici tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricidən formalaşıb. Altgöstəricilərdən olan tənzimləyici çərçivə 94,1 bal, ictimai xidmətlər 89,8 bal və əməliyyat səmərəliliyi isə 77,5 bal olaraq qiymətləndirilib.

Qeyd edək ki, “Business Ready” hesabatı Dünya Bankı tərəfindən hazırlanmış beynəlxalq müqayisəli qiymətləndirmə layihəsidir. Hesabatda qiymətləndirmə biznesin açılması, fəaliyyət göstərməsi (və ya genişləndirilməsi) və bağlanması (və ya yenidən təşkili) zamanı şirkətin həyat dövrünü və bazarda iştirakını təşkil edən on mövzu üzrə aparılır. Hər mövzu üzrə bal tənzimləyici çərçivə, ictimai xidmətlər və əməliyyat səmərəliliyi kimi üç altgöstəricinin qiymətləndirilməsindən formalaşır. Qiymətləndirilən on mövzudan biri də maliyyə xidmətləridir.

2024-cü ildən etibarən açıqlanan hesabat dünyanın əksər iqtisadiyyatlarını əhatə etməklə, özəl sektorun inkişafı baxımından biznes mühitinin kəmiyyət əsaslı qiymətləndirilməsini təqdim edir. Hesabat çərçivəsində tənzimləyici mühit, şirkətlər və bazarlar üçün nəzərdə tutulmuş dövlət xidmətlərinin əlçatanlığı, eləcə də bu xidmətlərin əməliyyat səmərəliliyi nəzərə alınır.

Cari hesabatda 101 iqtisadiyyat üzrə biznesə hazırlıqla bağlı rəsmi məlumatlar təqdim olunub. Sənəddə qeyd edilib ki, 2026-cı ilin sonunadək 164 ölkənin qiymətləndirilməsi nəzərdə tutulur.

Azərbaycan Dünya Bankı Business Ready hesabatı 2025

Dünya Bankı Azərbaycan reytinqi, Business Ready B-READY hesabatı, Azərbaycanın maliyyə xidmətləri, biznes mühiti Azərbaycan, Dünya Bankı maliyyə sektoru, biznesə hazırlıq indeksi, Azərbaycan iqtisadiyyatı, maliyyə bazarları, tənzimləyici çərçivə, ictimai xidmətlər, əməliyyat səmərəliliyi, investisiya mühiti, özəl sektorun inkişafı, beynəlxalq iqtisadi reytinqlər, bank sektoru Azərbaycan, iqtisadi islahatlar.

Məqalədə: #Azərbaycan #Mərkəzi bank #Dünya Bankı hesabatı #Business Ready reytinqi #Azərbaycanın maliyyə sektoru #biznesə hazırlıq indeksi

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.