5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir. Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb. Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

5 Yanvar 2026 14:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir

BAKI,AzerVoice

Oman Sultanlığı Hökumətinin dəvəti ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bu ölkədə səfərdədir.

AzerVoice xəbər verir ki, Maskat Beynəlxalq Aeroportunda Leyla Əliyevanı Omanın turizm və mədəni irs nazirinin müşaviri Azzan Al Busaidi qarşılayıb.

Səfər çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Oman Sultanlığının turizm və mədəni irs naziri Salim bin Məhəmməd Al Mahruqi ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Oman arasında mövcud dostluq və əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu vurğulanıb, xüsusilə turizm və mədəni irs sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

Göstərilən qonaqpərvərliyə görə minnətdarlığını ifadə edən Leyla Əliyeva bu cür görüşlərin Azərbaycan–Oman münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.

Leyla Əliyeva Azərbaycanın zəngin tarixi-mədəni irsi, turizm potensialı, o cümlədən sağlamlıq, ekoturizm, mədəni və qış turizmi imkanları barədə ətraflı məlumat verib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın tarixi abidələrinin qorunması, bərpası və UNESCO çərçivəsində həyata keçirilən layihələr barədə danışaraq, bu sahələrdə Omanla təcrübə mübadiləsinin aparılmasının əhəmiyyətinə toxunub.

Söhbət zamanı iki ölkə arasında turist axınının artırılması, turizm qurumları və özəl sektor arasında birbaşa əlaqələrin qurulması, birgə layihələrin və tanıtım tədbirlərinin təşkili məsələləri barədə fikir mübadiləsi aparılıb.

Salim bin Məhəmməd Al Mahruqi Azərbaycanla əməkdaşlığın inkişafında maraqlı olduqlarını bildirərək, mədəni irsin qorunması və turizmin dayanıqlı inkişafı sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb. Nazir Azərbaycanın Oman turistləri üçün cəlbedici istiqamət olduğunu qeyd edərək, qarşılıqlı səfərlərin və rəsmi nümayəndə heyətləri arasında təmasların fəallaşdırılmasını müsbət qiymətləndirib.

Görüşdə gələcəkdə turizm sərgilərində birgə iştirak, media və tanıtım səfərlərinin təşkili, eləcə də mədəni tədbirlər vasitəsilə xalqlar arasında əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Omanda səfərdədir
Məqalədə: #Azərbaycan #Heydər Əliyev Fondu #Leyla Əliyeva #Oman #Maskat #Azərbaycan Oman münasibətləri #Leyla Əliyevanın Oman səfəri

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29

Son Xəbərlər

Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
Bəhreyn və Misir XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə edib
18:53
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
18:45
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
Xorvatiyada on minlərlə insan niyə küçələrə çıxıb?
18:38
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.