14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər. Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.

7 Yanvar 2026 11:04
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər

BAKI,AzerVoice

“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər.

AzerVoice xəbər verir ki, bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB ilə əməkdaşlığı nəticəsində həyata keçirilib.

Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.

Qeyd edək ki, yalnız şəxsiyyət vəsiqəsi olan şəxslərin (övladların) analiz nəticələrini platforma üzərindən əldə etmək mümkündür.

Məlumatlar həm veb platformada, həm də mobil tətbiqdə əlçatandır.

Məlumatı əldə etmək üçün:

  • Platformanın əsas səhifəsində “Xidmətlər” bölməsinə keçid edilir;
  • “Ailə” və ya “Sağlamlıq” kateqoriyası seçilir;
  • “Övladlarımın laborator analiz nəticələri” bölməsinə klik edilir;
  • Əgər müvafiq məlumatlar mövcuddursa, ekranda əks olunur;
  • “Yüklə” düyməsinə klik edilərək məlumatla tanış olunur.

Xatırladaq ki, valideynlər “mygov”da övladlarına aid bir sıra məlumatları - şəxsiyyət vəsiqəsi, pasport, doğum haqqında şəhadətnamə və peyvənd məlumatları kimi rəsmi sənədləri də rəqəmsal formada əldə edirlər. Bu xidmətlərin genişləndirilməsi valideynlərə övladlarının vacib məlumatlarını vahid platformadan rəqəmsal şəkildə izləmək və istifadə etmək imkanı yaradır.

rəqəmsal səhiyyə, mygov xidmətləri, uşaqların tibbi məlumatları, elektron analiz nəticələri, dövlət e-səhiyyə platforması mygov övladların laborator analiz nəticələri necə əldə olunur; valideynlər üçün onlayn tibbi sənədlər Azərbaycan; mygov sağlamlıq bölməsi uşaqlar; TƏBİB və İcbari Tibbi Sığorta rəqəmsal inteqrasiya

Məqalədə: #Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi #mygov #İRİA #mygov rəqəmsal hökumət platforması #TƏBİB səhiyyə inteqrasiyası #valideynlər üçün rəqəmsal səhiyyə xidməti #mobil tətbiq üzərindən tibbi məlumatlar

Mövzu üzrə digər xəbərlər

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur
Filmoskop

"Naza" filminin müəllifləri vətənə xəyanətdə ittiham olunur

13:12
Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev
Cəmiyyət

Mediasiyada etimad tələb olunmur – davranışla qazanılır: Hümmət Əliyev

12:29
Yuxuda köstəbək görmək
Yuxuyozma

Yuxuda köstəbək görmək

08:00
Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub
BookHub: Kitab təhlilləri və xülasələr

Peyğəmbərin həyat və əxlaqından bəhs edən mötəbər əsər Azərbaycan dilində nəşr olunub

13 Sentyabr 21:23

Son Xəbərlər

İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
İordaniya sərhədində üç narkotik qaçaqmalçılığı cəhdi dayandırılıb
16:49
Misir və BMT Sudan böhranını müzakirə edib
Misir və BMT Sudan böhranını müzakirə edib
16:29
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
Səudiyyə Ərəbistanında kərkəslər üçün xüsusi yemləmə məntəqələri yaradılacaq
16:03
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
İordaniyanın Əqəbə şəhərində ammonyak sızması olub, 11 nəfər xəsarət alıb
15:54
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
Küveyt və Böyük Britaniya media əməkdaşlığını genişləndirir
15:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.