“mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb
Ötən il ərzində “mygov” platformasının istifadəçi sayı 5 milyonu ötüb. Vətəndaşlar platforma vasitəsilə gündəlik olaraq müxtəlif informasiya sistemlərinə və elektron resurslara təhlükəsiz şəkildə çıxış əldə edirlər. Onun sözlərinə görə, “mygov” platformasında istifadəçi məlumatlarının, xüsusilə istifadəçi adları və şifrələrin təhlükəsizliyinin qorunmasına xüsusi önəm verilir. Bu məqsədlə vətəndaşların məlumat təhlükəsizliyini artırmaq üçün iki faktorlu autentifikasiya mexanizmləri müvafiq sistemlərə inteqrasiya olunub.
İRİA mygov platforması adından yayılan saxta məlumatlarla bağlı xəbərdarlıq yayıb
Son günlər sosial şəbəkələrdə “mygov” platformasının adından “2026-cı il üzrə 1500 manat məbləğində ünvanlı dövlət sosial yardımının verilməsi” ilə bağlı elanlar yayılıb. Bu məlumatı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yayıb.
Təhsil sənədlərinin “mygov” üzərindən rəqəmsal təqdim olunması artıq tam hüquqi qüvvəyə malikdir
Təhsil sahəsinin rəqəmsallaşması istiqamətində növbəti mühüm addım atılıb. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiqlədiyi yeni Qaydalar təhsil haqqında dövlət sənədlərinin rəqəmsal formada verilməsini nəzərdə tutur. Bu qərar vətəndaşlar üçün təhsil sənədlərinə rahat çıxış imkanlarını əhəmiyyətli dərəcədə artırır və təhsil idarəçiliyində səmərəliliyin yüksəlməsinə töhfə verir.
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
“mygov” rəqəmsal hökumət platforması vətəndaşlara aid məlumat və sənədlərə rahat çıxış imkanı yaratmaq məqsədilə daha bir yenilik təqdim edir. Artıq valideynlər 18 yaşdan kiçik övladlarının laborator analiz nəticələrini birbaşa “mygov” üzərindən rəqəmsal formada əldə edə bilərlər. Valideynlər platforma üzərindən övladlarına aid analiz tarixi, tibb müəssisəsinin adı, nümunə nömrəsi kimi məlumatları görə və analiz nəticələrini elektron formatda (PDF) yükləyə bilərlər. Bu isə tibb müəssisəsinə əlavə müraciət ehtiyacını aradan qaldıraraq xidmətlərin əlçatanlığını artırır.
Vətəndaşlar sərhədkeçmə məlumatlarına artıq “mygov” platformasında baxa biləcəklər
Vətəndaşlara təqdim olunan rəqəmsal sənəd və məlumatların əhatə dairəsinin genişləndirilməsi məqsədilə “mygov” platformasında daha bir yenilik istifadəyə verilib. Artıq Azərbaycan vətəndaşları öz aktiv pasportları üzrə ölkədən çıxış və ölkəyə giriş məlumatlarını “mygov” platforması üzərindən əldə edə bilirlər.
İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Azərbaycanda rəqəmsallaşma mövzusuna həsr olunmuş sessiya keçirilib
Beynəlxalq Telekommunikasiya İttifaqının Regional Akselerasiya Mərkəzinin açılış mərasimi zamanı “Azərbaycanda rəqəmsallaşma” mövzusuna həsr olunmuş sessiya keçirilib.
Vətəndaşlar artıq iş yerinə dair arayışı “mygov”dan da əldə edə biləcəklər
“mygov” rəqəmsal hökumət platforması üzərindən vətəndaşlara daha bir rəqəmsal xidmət təqdim olunub. “İş yerinə dair arayışın alınması” xidməti artıq “mygov” platformasında da istifadəyə verilib. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.
Vətəndaşlar əmək müqavilələrini artıq “mygov” platformasında imzalaya biləcəklər
“mygov” platformasında vətəndaşların işlərini rahatlaşdıran yeni xidmət istifadəyə verilib. Artıq “Əmək müqaviləsinin imzalanması” xidməti platformada əlçatandır. Bu inteqrasiya İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə əməkdaşlığı nəticəsində reallaşdırılıb.