11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

4 Dekabr 2025 11:06
İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.

BAKI, AzerVoice

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.

AzerVoice verir ki,Afrika nümayəndələri səfər çərçivəsində Azərbaycanın rəqəmsal dövlət texnologiyaları ilə tanış olublar. Təqdimatlar zamanı vətəndaşyönümlü rəqəmsal həllər olan “mygov” və “mygov ID”, eləcə də rəqəmsal hökumət həlləri – Rəqəmsal Sənəd Dövriyyəsi və “digital.bridge” haqqında ətraflı məlumat verilib. Xüsusilə də “mygov” timsalında “bir pəncərə” prinsipi ilə işləyən “GovTech” məhsullar böyük marağa səbəb olub.

İRİA-nın kommersiya üzrə baş inzibatçısı Salar İmaməliyev bildirib ki, Afrikanın bir sıra ölkələri Azərbaycanın rəqəmsal inkişaf təcrübəsini öyrənməkdə maraqlıdır və İRİA bu istiqamətdə sistematik olaraq təcrübə mübadiləsini həyata keçirməyə hazırdır. O, həmçinin vurğulayıb ki, digər ölkələrin Azərbaycanın rəqəmsal dövlət məhsullarına artan marağı ölkəmizdə uğurlu rəqəmsallaşma siyasətinin keyfiyyət göstəricisidir.

Qeyd edək ki, sözügedən görüşlər Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı (WTDC-25) çərçivəsində keçirilir və ölkələr arasında rəqəmsal körpülərin qurulması, əməkdaşlıq imkanlarının araşdırılması və texnoloji diplomatiyanın gücləndirilməsinə xidmət edir.

Məqalədə: #Azərbaycan #Mali #Afrika #Somali #Burkina Faso #Tunis #Tanzaniya #Çad #Keniya #İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) #mygov #mygov ID #Salar İmaməliyev #WTDC-25

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Ərəb Parlamenti Naurunun Qüdsdə səfirlik açmasını pisləyib
Ərəb Parlamenti Naurunun Qüdsdə səfirlik açmasını pisləyib
17:27
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
16:21
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
15:44
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
13:58
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
İldırım Bəyazidin dövründə İstanbulun mühasirələri: Osmanlı fəthini gecikdirən tarixi səbəblər
13:50
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.