Afrika Millətlər Kuboku: Mərakeş Tanzaniyanı minimal hesabla məğlub edərək 1/4 finala yüksəldi
Afrika Millətlər Kubokunun 1/8 final mərhələsində Mərakeş və Tanzaniya komandaları arasında matç başa çatıb. Mərakeş millisi minimal hesabla – 1:0 qalib gəlib.
İRİA 10-a yaxın Afrika ölkəsinin heyəti ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib.
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) Mali, Tanzaniya, Burkina Faso, Somali, Seneqal, Çad, Tunis, Keniya və digər Afrika ölkələrindən nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı rəqəmsal inkişaf istiqamətində əməkdaşlığın perspektivləri üzrə fikir mübadiləsi aparılıb.
Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?
Samia Suluhu Həsən Tanzaniyanın siyasi tarixində dönüş nöqtəsi sayılan liderlərdəndir. O, ölkənin ilk qadın dövlət başçısı kimi tarixə daxil olmaqla yanaşı, Şərqi Afrikada seçki yolu ilə hakimiyyətə gələn ilk qadın prezident olub.
“Estonia” sərnişin bərəsinin batması 852 nəfərin ölümü ilə nəticələndi
Xilas edilən 137 nəfərin əksəriyyəti helikopterlərlə sahilə çatdırıldı.
Azərbaycan və Tanzaniyə Baş prokurorluqları memorandum imzalayıblar
Tanzaniya Birləşmiş Respublikasının Dövlət Prokurorluğunun direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən hüquqi və institusional islahatlar, xüsusilə şəffaflıq, hesabatlılıq və korrupsiyaya qarşı mübarizə sahəsində atılan məqsədyönlü addımlar beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
Bakıda “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakıda Azərbaycan Respublikası Baş Prokurorluğunun təşkilatçılığı ilə “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda dəyirmi masa formatında beynəlxalq konfrans keçirilir. Tədbir “Konstitusiya və Suverenlik İli” çərçivəsində, həmçinin Azərbaycan Prokurorluğunun peşə bayramı və 107 illik yubileyi ərəfəsində baş tutur. Konfransda Uqanda, Laos, Tanzaniya, Keniya Baş prokurorları və Türkiyə Baş Prokurorluğunun nümayəndələri iştirak edirlər.
Tanzaniyada ağır yol qəzası baş verib, 38 nəfər ölüb
Avtobuslardan birinin təkəri partlayıb və sürücü idarəetməni itirərək qarşıdan gələn digər avtobusla toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi yanıb.
ÜST Tanzaniyada yayılmış ölümcül Marburq virusu barədə xəbərdarlıq edib
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tanzaniyada yayılan ölümcül Marburq virusu səbəbilə 8 nəfərin öldüyünü açıqlayıb və epidemiyanın daha geniş miqyasda yayılma riskinə qarşı xəbərdarlıq edib.
Tanzaniyada binanın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb
Tanzaniyanın Dar əs-Salam şəhərində dördmərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 29-a çatıb.
Parlamentlərarası İttifaqın prezidenti COP29-a gözəl ev sahibliyinə görə Azərbaycana təşəkkür edib
Biz parlament üzvləri olaraq Bakı şəhərinin COP29-a gözəl ev sahibliyi üçün təşəkkür edirik.
Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib
Tanzaniya Respublikasının Milli Assambleyasının sədri Tulia Ekson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərə gəlib.