6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İslam və Tarix Tarixdə bu gün
Tarixdə bu gün

“Estonia” sərnişin bərəsinin batması 852 nəfərin ölümü ilə nəticələndi

Xilas edilən 137 nəfərin əksəriyyəti helikopterlərlə sahilə çatdırıldı.

28 Sentyabr 2025 11:36
“Estonia” sərnişin bərəsinin batması 852 nəfərin ölümü ilə nəticələndi

BAKI,AzerVoice

1994-cü il sentyabrın 28-də, əsrin ən dəhşətli dəniz faciələrindən birində, “Estonia” adlı iri avtomobil və sərnişin bərəsi Baltik dənizində bataraq 852 nəfərin ölümünə səbəb oldu.

Almaniya istehsalı olan gəmi Estoniyanın paytaxtı Tallindən İsveçin Stokholm şəhərinə gecə kruizi həyata keçirirdi. 1991-ci ildə müstəqilliyini qazanmış, sonuncu rus qoşunlarının 1994-cü ildə tərk etdiyi Estoniya isveçlilər üçün populyar və münasib səyahət məkanı idi.
“Estonia” “ro-ro” tipli bərə idi – sərnişinlərə restoran, canlı musiqi, rəqs və içki məkanları təqdim edir, həmçinin avtomobillərin bir başdan minməsi və digər başdan çıxması üçün şərait yaradırdı.

Gəmi güclü fırtınaya – dalğaların 4,5–6 metrə çatdığı hava şəraitinə düşdü və gecə satlarında batdı. Sərnişinlərin əksəriyyəti gəminin içində qapalı qaldı, bir çoxları isə xilas qayıqlarına çata bilsə də, sonda olduqca soyuq suda boğuldu və ya hipotermiyadan öldü. Xilas edilən 137 nəfərin əksəriyyəti helikopterlərlə sahilə çatdırıldı.

Faciədən sonra İsveç, Finlandiya və Estoniyanın birgə hökumət komissiyası hadisəni qəza kimi qiymətləndirdi və səbəb kimi fırtınalı hava şəraitini göstərdi – açıq qalan burun qapısından suyun fəminin göyərtəsinə daxil olması gəmini tarazlıqdan çıxarıb bir saatdan az müddətdə çevrilməsinə səbəb olmuşdu. Lakin bəzi qurbanların ailələri və dostları bu izaha şübhə ilə yanaşaraq, bərənin əvvəldən mövcud olan dəlik və ya partlayış nəticəsində batdığını iddia etdilər.

“Estonia”nın faciəsindən iki il sonra – 1996-cı ilin mayında, Tanzaniyadakı Viktoriya gölündə “Bukoba” sərnişin gəmisi bataraq təxminən 1.000 nəfərin ölümünə səbəb oldu. 2002-ci ilin sentyabrında isə Seneqala məxsus “Joola” sərnişin bərəsi Qambiya sahillərində batdı və ən azı 1.800 nəfər həlak oldu. Müqayisə üçün, 1912-ci ilin aprelində ilk səyahətində aysberqlə toqquşaraq batmış “Titanik” təxminən 1.500 nəfərin həyatına son qoymuşdu.

Məqalədə: #İsveç #Estoniya #Finlandiya #Tanzaniya #Titanik #Titanik fəlakəti #16 aprel Titanik hadisəsi #Titanikdən sağ çıxanlar #Titanik sənədləri #Titanik gəmi qəzaları #Estonia sərnişin bərəsi #Baltik dənizi #Tallin #ro-ro tipli bərə #Bukoba #Joola

Mövzu üzrə digər xəbərlər

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək
ArabShow

H&M və Elie Saab yeni kolleksiya təqdim edəcək

4 Sentyabr 12:06
İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək
Digər Dövlətlər

İsveç Rusiya sərhədinə qırıcı təyyarələr və hərbi gəmilər göndərəcək

28 Avqust 16:32
Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Siyasət

Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

3 Avqust 17:58
ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib
Siyasət

ATƏT PA-da Azərbaycan Belarusa dəstəyini ifadə edib

4 İyul 18:44

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.