6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Siyasət
Siyasət

Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri Tiina Nirki qəbul edib. Görüşdə səfir etimadnaməsinin surətini nazirə təqdim edib. Tərəflər siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma və təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. Estoniyanın Azərbaycanda səfirlik açması ikitərəfli münasibətlər üçün mühüm addım kimi qiymətləndirilib. Hökumətlərarası Komissiyanın fəaliyyəti və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi də diqqət mərkəzində olub. Görüşdə regional və beynəlxalq məsələlər barədə də fikir mübadiləsi aparılıb.

3 Avqust 2026 17:58
Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb

BAKI,VOA

Avqustun 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Estoniya Respublikasının Azərbaycan Respublikasında yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat dərc edilib.

Bildirilib ki, görüş zamanı səfir Tiina Nirk etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib. Nazir səfiri yeni təyinatı münasibətilə təbrik edərək, ona Azərbaycandakı diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüş zamanı, Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, rəqəmsallaşma, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Estoniyanın Azərbaycanda səfirlik təsis edilməsi barədə qərarı məmnunluqla qarşılanaraq, bu addımın ikitərəfli münasibətlərin daha da inkişafına, siyasi dialoqun intensivləşməsinə və əməkdaşlığın institusional əsaslarının möhkəmləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Tərəflər Azərbaycan ilə Estoniya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb, Komissiyanın növbəti iclasının keçirilməsinin əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafına təkan verəcəyini qeyd ediblər. Həmçinin təhsil sahəsində əməkdaşlığın, akademik mübadilə proqramlarının və ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Səfir Tiina Nirk ölkəsinin Azərbaycan ilə münasibətlərin inkişafına böyük önəm verdiyini bildirərək, ikitərəfli əməkdaşlığın bütün istiqamətlər üzrə daha da genişləndirilməsi naminə səylərini əsirgəməyəcəyini qeyd edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb Ceyhun Bayramov Estoniyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Ceyhun Bayramov #Xarici İşlər Nazirliyi #Estoniya #diplomatik münasibətlər #Tiina Nirk

Mövzu üzrə digər xəbərlər

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanının Suriyadakı yeni səfiri etimadnaməsini təqdim edib

4 Sentyabr 09:39
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
İslamofobiya nədir və nə üçün bu qədər yayğındır?
12:40
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
Niyə az qazananlar hazır yeməyə daha çox pul xərcləyir? – "BMJ"dən maraqlı hesabat
12:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.