7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Kim-Kimdir?
Kim-Kimdir?

Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?

Samia Suluhu Həsən Tanzaniyanın siyasi tarixində dönüş nöqtəsi sayılan liderlərdəndir. O, ölkənin ilk qadın dövlət başçısı kimi tarixə daxil olmaqla yanaşı, Şərqi Afrikada seçki yolu ilə hakimiyyətə gələn ilk qadın prezident olub.

1 Noyabr 2025 19:33
Tanzaniyanın ilk qadın prezidenti Samia Suluhu Həsən kimdir?

BAKI, AzerVoice, Orxan Qədirzadə

Samia Suluhu Həsən Tanzaniyanın siyasi tarixində dönüş nöqtəsi sayılan liderlərdəndir. O, ölkənin ilk qadın dövlət başçısı kimi tarixə daxil olmaqla yanaşı, Şərqi Afrikada seçki yolu ilə hakimiyyətə gələn ilk qadın prezident olub.

Samia Suluhu Həsən 27 yanvar 1960-cı ildə Hind okeanındakı strateji əhəmiyyətə malik Zənzibar adasında anadan olub. Atası məktəb müəllimi, anası isə evdar qadın idi. Məktəbi bitirdikdən sonra ali məktəbə qəbul nəticələri zəif olduğu üçün 17 yaşında dövlət idarəsində katibliklə əmək fəaliyyətinə başlayıb.

Daha sonra müxtəlif təlim və kurslarda iştirak edərək karyerasını davam etdirib və 1988-ci ildə Zənzibar hökumətində inkişaf üzrə zabit vəzifəsinə yüksəlib. O, Tanzaniya, Böyük Britaniya və ABŞ universitetlərindən kvalifikasiyalar alıb.

Siyasi fəaliyyətə gəlişi

Samia Suluhunun siyasi karyerası 2000-ci ildən başlayıb. Hakim Chama Cha Mapinduzi (CCM) Partiyasının namizədi kimi o, Zənzibarın Nümayəndələr Palatasına seçilib və əvvəlcə gənclər, qadınlar və uşaqlar işləri üzrə nazir, daha sonra turizm və ticarət investisiyaları üzrə nazir vəzifələrində çalışıb.

2010-cu ildə ümummilli seçkilərdə Tanzaniya parlamentinə deputat seçilən Samia Suluhu, ölkənin keçmiş prezidenti Cakaya Kikvetenin kabinetində İttifaq işləri üzrə dövlət naziri təyin edildi. Sakit, mülayim, dialoqa açıq siyasi üslubu ilə seçilərək hakim partiyada nüfuz qazandı.

2015-ci il seçkilərində o dövrdə prezidentliyə namizəd olan Con Maqufuli, Suluhunu vitse-prezidentliyə namizəd göstərdi. CCM seçkiləri qazanandan sonra Samia Suluhu Həsən Tanzaniyanın tarixində ilk dəfə qadın vitse-prezident kimi and içdi. 2020-ci ildə keçirilən seçkilərdə isə yenidən hakimiyyətə gəldi.

2021-ci ilin martında Prezident Con Maqufulinin qəfil vəfatı ölkədə siyasi dəyişiklik yaratdı. Konstitusiyaya əsasən vitse-prezident dövlət başçısını əvəz etdiyinə görə, 19 mart 2021-ci ildə Dar əs-Salam şəhərində keçirilən mərasimdə Samia Suluhu Həsən Tanzaniyanın prezidenti kimi and içdi.

Bu, Tanzaniyada yalnız tarixi hadisə deyil, həm də Afrika qitəsində parlament idarəetmə sistemi ilə seçilmiş ikinci qadın prezident idi.

Samia Həsən yumşaq ünsiyyət tərzi, dialoqa və məsləhətləşməyə açıq olması,sərt təkadam qərarlarından uzaq durması ilə sələfindən fərqlənir. O, kəskin nitqlərdən çəkinir, lakin “mən sakit danışa bilərəm, amma dediklərimin yerinə yetirilməsi vacibdir” deyərək idarəetmə prinsipini qeyd edir.

Həsən üçün əsas meydan iqtisadi islahatlar və pandemiya siyasəti oldu. Sələfi Maqufuli COVID-19-u ciddiyə almamaqla tənqid edilirdi, buna görə yeni prezidentdən yeni yanaşma gözlənilirdi. Beynəlxalq aləmdə Tanzaniyanın reputasiyasını bərpa etmək, sərmayəni artırmaq və regional əməkdaşlığı gücləndirmək əsas hədəflər kimi göstərilir.

Ölkə daxilində və Afrikanın siyasi arenasında o, qadın siyasi liderliyi üçün nümunə kimi qiymətləndirilir. Hazırda Afrika qitəsində faktiki icra hakimiyyətinə sahib olan yeganə qadın prezidentlərdən biridir (Efiopiyanın prezidenti Səhələ-Vork Zövde sadəcə simvolik dövlət başçısıdır).

Samia Suluhu evlidir və 4 övladı var. Onun siyasi həyat yolunda qadınların təhsili, ictimai-siyasi fəallığı və idarəetmədə rolu haqqında çıxışları geniş yayılıb.

Məqalədə: #Afrika #Tanzaniya #Şərqi Afrika #Samia Suluhu Həsən kimdir #Qadın prezident #Chama Cha Mapinduzi (CCM) Partiyas #Con Maqufuli #Zənzibar adası #Afrikada daxili siyasət #Afrika dövlətləri #Afrika qitəsi prezidentləri #Afrikanın ilk qadın prezidenti #Tanzaniyanın siyasi vəziyyəti #Tanzaniyanın iqtisadi vəziyyəti

Mövzu üzrə digər xəbərlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj
Digər Dövlətlər

ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

28 Avqust 12:33
Azərbaycan Afrika Respublikasına başsağlığı verib
Siyasət

Azərbaycan Afrika Respublikasına başsağlığı verib

20 Avqust 12:10
Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası
Tibbi ensiklopediya- Xəstəliklər və fobiyalar

Afrikanın ucqar meşələrindən qlobal təhdidə: Meymunçiçəyi virusunun yayılma coğrafiyası

12 İyul 12:00
Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə
Digər Dövlətlər

Mozambik prezidenti silahlı qrupları dialoqa çağırdı - Kabo Delgado bölgəsində sülh ümidləri müzakirədə

4 İyul 14:48

Son Xəbərlər

Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
Misir liderindən təcili çağırış - Silahlar sussun, danışıqlar masasına qayıdın
14:52
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
Əbu-Dabidə peşə bacarıqlarını blokçeynlə təsdiqləyən ilk rəqəmsal kart təqdim edilib
14:46
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
ABŞ İranın nüvə dosyesini BMT Təhlükəsizlik Şurasına daşımaq istəyir
14:32
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
BƏƏ və Almaniya strateji tərəfdaşlığı yeni sahələrə genişləndirir
14:22
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.