8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur. Təşəbbüs iki ölkə arasında işgüzar əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsinə, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.

7 Yanvar 2026 16:49
Azərbaycan–Suriya İşgüzar Şurası yaradılır

BAKI,AzerVoice

Azərbaycan ilə Suriya arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi məqsədilə Azərbaycan–Suriya İşgüzar Şurasının yaradılması nəzərdə tutulur.

AzerVoice xəbər verir ki, təşəbbüs iki ölkə arasında işgüzar əməkdaşlığın institusional əsasda inkişaf etdirilməsinə, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsinə və biznes dairələri arasında birbaşa əlaqələrin qurulmasına xidmət edəcək.

Bu çərçivədə Suriya bazarı ilə əməkdaşlıqda maraqlı olan, ticarət, investisiya, İT, tikinti, istehsal, sənaye, xidmət və digər sahələrdə fəaliyyət göstərən yerli şirkətlər İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə - AZPROMO-ya müraciət edə bilərlər.

Məlumata görə, İşgüzar Şura platforması vasitəsilə Azərbaycan və Suriya arasında biznes missiyalarının təşkili, birgə layihələrin təşviqi, investisiya mühitinə dair məlumat mübadiləsi və tərəfdaşlıqların qurulması planlaşdırılır.

Qeyd edək ki, bu addım postmünaqişə dövründə regionda iqtisadi əməkdaşlıq formatlarının şaxələndirilməsi və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətli hesab olunur.

Məqalədə: #Azərbaycan #Suriya #Azərbaycan–Suriya İşgüzar Şurası #işgüzar şura #ticarət və investisiya əməkdaşlığı #biznes platforması

Mövzu üzrə digər xəbərlər

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

10:22
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
Texnologiya

OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib

7 Sentyabr 22:28

Son Xəbərlər

İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
İsrail Böyük Britaniyanın Şərqi Qüdsdəki konsulluğunu bağlayır
19:07
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
Britaniya İsrail və ABŞ-ın təzyiqi ilə üzləşə bilər - BMT
19:02
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
18:57
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
Gideon Saar Britaniyanın İsrail yaşayış məntəqələri ilə bağlı qərarını tənqid edib
18:43
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
18:31
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.