9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib. Qəbuldan əvvəl Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

22 Yanvar 2026 16:21
Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ağdam rayonunda Ağdam və Tərtər rayonlarının sakinlərini qəbul edib.

Bu barədə AzerVoice-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat verib.

Qəbuldan əvvəl Anar Əliyev və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, mənzil təminatı, sosial xidmət və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına, sosial xidmətlərə cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayon sakinləri İdriszadə Ülvi Şəhriyar oğlu və Rzayeva Esmira Abil qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib. Proqramın dəstəyi ilə Ülvi İdriszadə üçün avtoçilingər xidmətləri, Esmira Rzayeva üçün isə un məmulatları istehsalı üzrə kiçik təsərrüfatlar qurulub. Hər iki proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması üçün göstərilən dəstəyə görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Ağdam rayonunda 2600-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Nazirlik tərəfindən Ağdam rayonunda yaradılan İxtisaslaşmış Sosial Xidmət Mərkəzinə də baxış keçirilib. Hazırda Mərkəzdə əlilliyi olan və digər həssas kateqoriyalardan olan 36 uşağa psixoloji, pedoqoji, loqopedik və aktiv terapiya xidmətləri göstərilir. Uşaqların valideynləri üçün qrup terapiyaları və təlimlər də təşkil olunur.

Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib Nazir Anar Əliyev Ağdamda vətəndaşları qəbul edib
Məqalədə: #Tərtər #Ağdam #Ümummilli Lider Heydər Əliyev #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #Anar Əliyev #Vaqif Həsənov

Mövzu üzrə digər xəbərlər

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

13:00
Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir
Texnologiya

Səudiyyə Ərəbistanı Silikon Vadisində süni intellekt üzrə tərəfdaşlıqları gücləndirir

10:35
Saç yağı təqdim edən 6 ərəb brendi
Cəmiyyət

Saç yağı təqdim edən 6 ərəb brendi

08:09

Son Xəbərlər

Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
Sərhədsiz dünyanın iqtisadi, mədəni və geosiyasi anatomiyası-Qloballaşma nədir?
15:21
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.