12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir: Bu barədə TurkicWorld Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi xəbər verir.

26 Yanvar 2026 10:44
İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün müsahibə elan edilir
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi İslam dininə aid ibadət yerlərində aşağıdakı vakant vəzifələrin tutulması üçün müsahibə elan edir:

Bu barədə AzerVoice Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.
İmam vəzifəsi üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu Şüvəlan qəsəbəsi “Şeyx Sədrəddin Badikubi” məscidi – 1 yer

2. Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbə məscidi – 1 yer

3. Bakı şəhəri, Qaradağ rayonu Qobustan qəsəbəsi, “Şamlı” məscidi – 1 yer

4. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

5. Qusar şəhəri “Mustafa Kazdal” məscidi – 1 yer

6. Siyəzən rayonu Sədan kəndi “Cümə” məscidi – 1 yer

7. Şirvan şəhəri "Zeynəlabidin" məscidi – 1 yer

8. Şirvan şəhəri “Cümə” məscidi – 1 yer

9. Salyan şəhəri “Beytül Əli” məscidi – 1 yer

10. Salyan rayonu Xıdırlı kənd məscidi – 1 yer

11. Biləsuvar şəhəri “İmam Zaman” məscidi – 1 yer

12. Şəki rayonu Şin kənd məscidi – 1 yer

13. Gəncə şəhər “Qırıxlı” məscidi – 1 yer

14. Kürdəmir rayonu Sığırlı kənd “Fatimeyi Zəhra” məscidi – 2 yer

15. İsmayıllı rayonu Lahıc qəsəbəsi “Bədöyün” məscidi – 1 yer

16. Astara rayonu Sım kənd məscidi – 1 yer

17. İmişli şəhəri “İmam Əli” məscidi – 1 yer

İmam müavini vəzifəsi üzrə:

1. Bakı şəhəri, Xəzər rayonu Qala qəsəbəsi “Cümə” məscidi – 1 yer

2. Bakı şəhəri, Qaradağ rayonu Sahil qəsəbə məscidi – 1 yer

3. Bakı şəhəri, Xəzər rayonu Zirə qəsəbəsi “Cümə” məscidi – 1 yer

4. Bakı şəhəri Binəqədi rayonu Əliçıraq yaşayış massivi “Əliçıraq” məscidi – 1 yer

5. Xızı şəhər məscidi – 1 yer

6. Abşeron rayonu Görədil qəsəbəsi “Əbdürrəhman” məscidi – 1 yer

7. Quba şəhəri "Ağ məscid" məscidi – 1 yer

8. Xaçmaz rayonu Xudat şəhər “İmam Hüseyn” məscidi – 1 yer

9. Xaçmaz rayonu Pirquluoba kənd məscidi – 1 yer

10. Qusar rayonu Mucuq-oba kənd məscidi – 1 yer

11. Mingəçevir şəhəri “Zəhra” məscidi – 1 yer

12. Sabirabad rayonu Qaratuğay kənd (2) məscidi – 1 yer

13. Saatlı rayonu Seyidlər kənd məscidi – 1 yer

14. İmişli şəhəri "İmam Zaman" məscidi – 1 yer

15. Lənkəran rayonu Liman şəhər “Cümə” məscidi – 1 yer

16. Lənkəran rayonu Viyən kənd məscidi – 1 yer

17. Astara rayonu Şahağacı kənd məscidi – 1 yer

18. Lerik rayonu Livədirqə kənd məscidi – 1 yer

19. Hacıqabul şəhəri “Hacı Yadulla” məscidi – 1 yer

20. Neftçala rayonu Bankə qəsəbəsi “Həzrət Əli” məscidi – 1 yer

21. Masallı rayonu Sığdaş kənd məscidi – 1 yer

22. Cəlilabad rayonu Uzuntəpə kəndi “Əbəlfəz” məscidi – 1 yer

23. Yardımlı rayonu Ostayır kənd məscidi – 1 yer

24. Qəbələ rayonu Bunud kənd məscidi – 1 yer

25. Balakən rayonu Yeni Şərif kəndi "Mərkəzi" məscidi – 1 yer

26. Qax rayonu Tasmalı kəndi "Cümə" məscidi – 1 yer

27. Zərdab rayonu Qoruqbağı kənd məscidi – 1 yer

28. Ucar rayonu Qazıqumlaq kəndi "Həzrəti Osman" məscidi – 1 yer

29. Şamaxı rayonu Mərzəndiyə kəndi “Şikar” məscidi – 1 yer

30. Ağsu rayonu Ərəbuşağı kənd məscidi – 1 yer

31. Qobustan rayonu Ərəbşalbaş kəndi "Hacı Gülmalı" məscidi – 1 yer

Dini ayinlərin icraçısı vəzifəsi üzrə:

1. Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi “Qədim Cümə” məscidi – 1 yer

2. Quba rayonu İspik kənd məscidi – 1 yer

3. Ağdaş rayonu Yuxarı Ləki kəndi “Məhəmmədəli” məscidi – 1 yer

4. Ağdaş rayonu Ərəbocaq kənd məscidi – 1 yer

5. Bərdə şəhəri “İmamzadə” məscidi – 1 yer

6. Biləsuvar rayonu Çaylı kənd məscidi – 1 yer

7. Zaqatala rayonu Lahıc kənd məscidi – 1 yer

8. Zərdab rayonu Əlibəyli kənd məscidi – 1 yer

9. Göyçay rayonu Mallı-Şıxlı kənd məscidi – 1 yer

Qadın dini ayinlərin icraçısı vəzifəsi üzrə:

1. Bakı şəhəri, Yasamal rayonu “Yasamal Hüseyniyyəsi” ibadət evi – 1 yer

2. Bərdə şəhəri “Cümə” məscidi – 1 yer

3. Yevlax şəhəri “Cümə” məscidi – 1 yer

4. Qəbələ şəhəri “Səkkizguşəli” məscidi – 1 yer

Müsahibədə iştirak etmək istəyən namizədlər 26 yanvar 2026-cı il saat 9:00-dan 25 fevral 2026-cı il saat 18:00-dək aşağıdakı sənədləri elektron qaydada [email protected] adresinə və ya kağız daşıyıcıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə (Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 16, AZ 1001) təqdim etməlidirlər:

- Şəxsiyyət vəsiqəsinin surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Tərcümeyi-hal;

- Dini ali və ya orta ixtisas təhsil haqqında sənədin notarial qaydada təsdiqlənmiş surəti və ya bu barədə dövlət informasiya ehtiyatlarından çıxarış;

- Sağlamlıq haqqında arayış;

- Narkoloji dispanserdən arayış;

- Ruhi-əsəb dispanserindən arayış;

- Məhkumluq barədə arayış;

- Foto (3x4) (4 ədəd);

- Ərizə.

Tələb olunan sənədlərdən əlavə namizəd özünün elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti barədə sənədləri də təqdim edə bilər.

Müsahibədə iştirakla bağlı sənədlərin qəbulu üçün müəyyən edilmiş son müddət bitdikdən sonra müsahibənin keçirilməsi vaxtı və yeri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin internet saytında yerləşdiriləcəkdir.

Müsahibədə uğur qazanmış namizəd yalnız sənədlərini təqdim etdiyi vakant vəzifəyə təyinat ala bilər.

Əlaqə nömrəsi:

(+994) 55 202 84 74

Məqalədə: #Azərbaycan #Bakı #Quba #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Qusar #Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) #Yasamal #Astara

Mövzu üzrə digər xəbərlər

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

10 Sentyabr 21:41

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.