10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi

Əmək bazarındakı dəyişikliklər fonunda peşə və ixtisasların tərkibi bazarın real tələblərinə uyğun şəkildə yenilənəcək. Иunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək bazarı dinamik mühitdir və tələblərə uyğun olaraq yeni peşə və ixtisasların sayı artırıla bilər.

27 Yanvar 2026 17:07
Süni intellekt ixtisaslarına tələbat artacaq - Dövlət Məşğulluq Agentliyi
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Əmək bazarındakı dəyişikliklər fonunda peşə və ixtisasların tərkibi bazarın real tələblərinə uyğun şəkildə yenilənəcək.

AzerVoice xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov 2025-ci ilin yekunlarına və 2026-cı ilin hədəflərinə həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, əmək bazarı dinamik mühitdir və tələblərə uyğun olaraq yeni peşə və ixtisasların sayı artırıla bilər.

Hasil Abbasov bildirib ki, agentliyin tədris proqramlarında informasiya texnologiyaları istiqamətində artıq kifayət qədər peşələr mövcuddur və bu çərçivədə süni intellekt sahəsinə yönəlmiş ixtisaslar da yer alır. O vurğulayıb ki, süni intellekt üzrə kadr hazırlığına başlamazdan əvvəl ölkədə bu sahə üzrə real vakansiyaların sayı və əmək bazarının ehtiyacları təhlil edilir.

Agentliyin rəhbəri qeyd edib ki, süni intellekt mütəxəssislərinə ehtiyac artıq mövcuddur və gələcəkdə bu ehtiyac artan xətt üzrə inkişaf edəcək. Onun sözlərinə görə, qlobal texnoloji trendlər də bunu təsdiqləyir və enerji təminatı güclü olan ölkələr süni intellekt sahəsində daha uğurlu mövqe qazana biləcək.

Hasil Abbasov əlavə edib ki, Azərbaycanın elektrik enerjisi təminatı sahəsində üstün mövqedə olması ölkədə süni intellekt ixtisaslarına marağın artmasına şərait yaradır. Bu səbəbdən, süni intellekt komponentlərini əhatə edən peşə və ixtisasların Agentliyin tədris kurslarına daxil edilməsi nəzərdə tutulur.

Məqalədə: #Azərbaycan #Süni intellekt #Dövlət Məşğulluq Agentliyi #Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi #ƏƏSMN #Hasil Abbasov

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.