10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib

2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39,131 milyard manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1,969 milyard manat çox icra edilib. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24,650 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

28 Yanvar 2026 15:03
Ötən il dövlət büdcəsinin gəlirləri 5%-dən çox icra edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

2025-ci il ərzində dövlət büdcəsinin gəlirləri 39,131 milyard manat təşkil etməklə 2024-cü illə müqayisədə 5,3 faiz və ya 1,969 milyard manat çox icra edilib.

AzerVoice bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 24,650 milyard manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 269,3 milyon manat və ya 1,1 faiz çoxdur.

Dövlət büdcəsinin gəlirlərinin 16,353 milyard manatı və ya 41,8 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 14,481 milyard manatı və ya 37,0 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 6,370 milyard manatı və ya 16,3 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 679,7 milyon manatı və ya 1,7 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 46,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 1,201 milyard manatı və ya 3,1 faizi isə sair daxilolmaların payına düşür.

Dövlət büdcəsinin qeyri-neft-qaz sektoru üzrə daxilolmaları 2025-ci il üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 51,9 faizini təşkil etməklə 20,303 milyard manat olub ki, bu da 2024-cü illə müqayisədə 702,4 milyon manat və ya 3,6 faiz çoxdur.

Hesabat ili ərzində dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektoru üzrə daxilolmaların 59,1 faizini və ya 12006,1 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 31,4 faizini və ya 6,370 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,3 faizini və ya 679,7 milyon manatını dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar, 5,9 faizini və ya 1200,8 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 46,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edib.

2024-cü illə müqayisədə 2025-ci ildə qeyri-neft-qaz sektoru üzrə vergi orqanlarının xətti ilə daxilolmalar 978,6 milyon manat və ya 8,9 faiz, dövlət əmlakının icarəyə verilməsindən və sair daxilolmalar 120,8 milyon manat və ya 10,7 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar isə 131,8 milyon manat və ya 24,1 faiz çox icra

Məqalədə: #Azərbaycan #Maliyyə Nazirliyi #qeyri-neft-qaz sektoru #Azərbaycan dövlət büdcəsi #2025-ci il büdcə gəlirləri #Maliyyə Nazirliyinin hesabatı #Büdcə gəlirlərinin artımı #Dövlət Neft Fondu

Mövzu üzrə digər xəbərlər

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
Qəddafi dövründə qəbul edilən və Liviya məhkəməsi tərəfindən ləğv edilən "Cihad Vergisi" nədir?
16:45
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
İsraildə seçkilər başlayır - təxribat riski artıb - Rufiz Hafizoğlu
15:56
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
Əlcəzair BƏƏ ilə diplomatik əlaqələri kəsdiyini elan etdi
15:24
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
Türkiyədə 16 milyondan çox insan xərçəng müayinəsindən keçirilib - 36 min nəfərdə xəstəlik erkən aşkarlanıb
15:12
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
BƏƏ "Əl-İttihad" Fondundan humanist addım - Filippində aztəminatlılar üçün yeni massiv istifadəyə verildi
14:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.