8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial məşğulluq proqramları genişləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara və sosial cəhətdən həssas qruplar üçün iş yerlərinin yaradılmasına yönəlmiş yeni pilot layihəyə start verib.

28 Yanvar 2026 16:22
“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial məşğulluq proqramları genişləndirilir.

AzerVoice xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində iştirakçılara və sosial cəhətdən həssas qruplar üçün iş yerlərinin yaradılmasına yönəlmiş yeni pilot layihəyə start verib.

“Sosial cəhətdən həssas şəxslər üçün əlavə iş yerlərinin yaradılması” adlı layihə “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində özünüməşğulluq proqramı vasitəsilə kiçik biznes qurmuş və işçi qəbul edən benefisiarları əhatə edir. Layihə özünüməşğulluq proqramının genişləndirilməsində mühüm mərhələ kimi qiymətləndirilir.

Pilot layihəyə əsasən, benefisiarların işə qəbul etdikləri işçilərin əməkhaqları, eləcə də işəgötürən və işçi tərəfindən ödənilməli olan vergi və sosial ayırmaların ilk 3 ay ərzində tam məbləği, növbəti 3 ayda isə 50 faizi “Məşğulluğa Dəstək Layihəsi” hesabına ödəniləcək.

Bu günlərdə Quba rayonunda yeni layihə ilə bağlı məlumatlandırma tədbiri keçirilib. Tədbirdə layihənin məqsədləri, icra mexanizmi və gözlənilən sosial-iqtisadi nəticələr barədə ətraflı məlumat verilib.

Vurğulanıb ki, layihə benefisiarlarda işəgötürən düşüncəsinin və praktiki təcrübəsinin formalaşmasına xidmət edir. Eyni zamanda, işə qəbul olunan şəxslərlə əmək münasibətlərinin ilk 6 aydan sonra da davam etdirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib.

Tədbir çərçivəsində Qusar şəhər sakinləri – özünüməşğulluq proqramı üzrə “Un məmulatlarının istehsalı” istiqamətində kiçik biznes qurmuş Aygün Hacımuradova və “Mebel sexi” istiqaməti üzrə fəaliyyət göstərən Vadim Rzayevlə əməkdaşlıq müqavilələri imzalanıb. Layihəyə cəlb ediləcək digər iştirakçılarla da müvafiq prosedurlar çərçivəsində işlərin davam etdiriləcəyi bildirilib.

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində həssas qruplar üçün yeni iş yerlərinin yaradılmasına başlanılıb
Məqalədə: #v #Məşğulluğa Dəstək Layihəsi çərçivəsində yeni iş yerləri yaradılır #Həssas qruplar üçün məşğulluq üzrə yeni pilot layihəyə start verilib #Özünüməşğulluq proqramı üzrə işəgötürənlərə əlavə dəstək #Nazirlikdən həssas qrupların məşğulluğuna yeni təşəbbüs #Məşğulluğa Dəstək Layihəsi genişləndirilir #Yeni pilot layihə iş yerlərinin sayını artıracaq #Azerbaycan’da istihdam destek projesi genişletiliyor #Hassas gruplar için yeni istihdam pilot projesi #Kendi işini kuranlara ek istihdam desteği #Azerbaycan’da istihdama yönelik yeni sosyal proje #Sosyal gruplar için yeni iş imkanları

Mövzu üzrə digər xəbərlər

Türkiyənin polad ixracının son göstəriciləri açıqlanıb (ÖZƏL)
Türkiyə

Türkiyənin polad ixracının son göstəriciləri açıqlanıb (ÖZƏL)

11 İyul 10:30
Versal müqaviləsi Almaniya hökumətini böhrana sürüklədi: Nazirlər Kabineti istefa verdi
Tarixdə bu gün

Versal müqaviləsi Almaniya hökumətini böhrana sürüklədi: Nazirlər Kabineti istefa verdi

20 İyun 03:00
İraqda yeni dövr başlayır - Əli əl-Zeydi korrupsiya ilə mübarizə və sabitlik vəd etdi
Yaxın Şərq

İraqda yeni dövr başlayır - Əli əl-Zeydi korrupsiya ilə mübarizə və sabitlik vəd etdi

16 May 17:30
İran prezidenti Xamenei ilə görüşdən sonra hansı açıqlamaları verib?
İran

İran prezidenti Xamenei ilə görüşdən sonra hansı açıqlamaları verib?

7 May 16:24

Son Xəbərlər

İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
İraqın birinci kralından Liviyanın bərpasına: 8 sentyabrda ərəb ölkələrində nə baş verdi?
00:10
Tarixdə bu gün - 8 Sentyabr
Tarixdə bu gün - 8 Sentyabr
00:01
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
OpenAI Almaniya saytının ələ keçirilməsi ilə bağlı Aİ-yə hesabat göndərib
7 Sentyabr 22:28
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
Qətər və Şimali Makedoniya əmək bazarları üzrə saziş imzalayıb
7 Sentyabr 22:07
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
Əsəd hakimiyyəti dövründə Suriyada gizli nüvə layihəsi həyata keçirilib - BMT
7 Sentyabr 22:04
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.