5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə çatıb

Avropanın aparıcı universitetlərini əhatə edən nüfuzlu reytinqdə Azərbaycan universitetlərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb. “Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə siyahıya daxil edilib.

28 Yanvar 2026 16:46
QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə çatıb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Avropanın aparıcı universitetlərini əhatə edən nüfuzlu reytinqdə Azərbaycan universitetlərinin təmsilçiliyi əhəmiyyətli dərəcədə artıb.

AzerVoice xəbər verir ki, “Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi tərəfindən açıqlanan “QS Avropanın ən yaxşı universitetlərinin reytinqi”ndə yer alan Azərbaycan universitetlərinin sayı ötən illə müqayisədə 9-dan 15-ə yüksəlib. Reytinqdə təmsil olunan 42 ölkədən 958 universitet arasında bu il 6 Azərbaycan universiteti ilk dəfə siyahıya daxil edilib.

Yeni daxil olan universitetlərin sayına görə Azərbaycan 17-ci mövqedə qərarlaşıb. Eyni zamanda, 10 və daha çox universitetlə təmsil olunan ölkələr arasında ali təhsil müəssisələrinin reytinq mövqelərinin yüksəlməsi baxımından Azərbaycan 3-cü yeri tutur.

QS Avropa reytinqində Azərbaycan üzrə ilk üçlük aşağıdakı universitetlərdən ibarətdir:
– Azərbaycan Dövlət İqtisad Universiteti – 271-ci yer;
– Bakı Dövlət Universiteti – 278-ci yer;
– Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 349-cu yer.

Məlumata görə, əvvəlki reytinq buraxılışı ilə müqayisədə siyahıya daxil edilən Azərbaycan universitetlərinin əksəriyyəti “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Məşğulluq nəticələri”, “Əcnəbi müəllim payı” və “Müəllim–tələbə nisbəti” kimi əsas göstəricilər üzrə mövqelərini yaxşılaşdırıb.

QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı ilk dəfə 15-ə çatıb
Məqalədə: #QS Avropa reytinqində Azərbaycan universitetlərinin sayı 15-ə çatıb #Azərbaycan ali məktəbləri QS Avropa reytinqində irəliləyib #6 Azərbaycan universiteti ilk dəfə QS Avropa siyahısına düşüb #QS reytinqi: Azərbaycan universitetləri mövqelərini möhkəmləndirib #Azərbaycan Avropanın ən yaxşı universitetləri sırasında #QS Avropa reytinqində Azərbaycan üçün rekord göstərici #QS Avrupa sıralamasında Azerbaycan üniversitelerinin sayısı arttı #Azerbaycan üniversiteleri QS Avrupa listesinde yükseldi #6 Azerbaycan üniversitesi ilk kez QS Avrupa’da #QS Avrupa sıralamasında Azerbaycan’dan güçlü temsil #Azerbaycan üniversiteleri Avrupa’da dikkat çekti #QS Avrupa listesinde Azerbaycan başarısı

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.