5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb

Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib. Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.

29 Yanvar 2026 15:53
Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Yanvarın 29-da elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhərinə səfər edib.

Bu barədə AzerVoice-a Elm və Təhsil Naziriliyi məlumat verib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Nazir Mingəçevir şəhərində Milli Qəhrəman Natiq Qasımovun adını daşıyan 4 nömrəli tam orta ümumtəhsil məktəbində Milli Qəhrəmanın büstünün açılış mərasimində iştirak edib.

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil idarəsinin müdiri Həmid Qasımov, Milli Qəhrəmanın ailə üzvləri və məktəb kollektivi iştirak ediblər.

Açılış mərasimində çıxış edən elm və təhsil naziri Emin Əmrullayev məktəb mühitində qəhrəmanların xatirəsinin yaşadılmasının gənc nəslin vətənpərvərlik ruhunda formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Nazir vurğulayıb ki, təhsil təkcə bilik və bacarıqların verilməsi ilə məhdudlaşmır, eyni zamanda vətəndaş məsuliyyətinin, milli kimliyin, tarixi yaddaşın və mənəvi dəyərlərin möhkəmləndiyi əsas platformadır.

Çıxış edən Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Milli Qəhrəman Natiq Qasımovun adının məktəbdə yaşadılmasının şəhərin gəncləri üçün örnək və mühüm mənəvi dəyər kəsb etdiyini bildirib.

Şəhidin qardaşı Nofəl Qasımov öz növbəsində ailəsi adından göstərilən diqqət və ehtirama görə təşəkkür edib.

Açılış mərasimindən sonra elm və təhsil naziri Emin Əmrullayev Mingəçevir şəhəri Noel Ahəngari adına 13 nömrəli tam orta məktəbdə bir qrup gənc müəllim və məktəb direktoru ilə görüşüb.

Səmimi dialoq formatında keçən görüş zamanı məktəblərdə tədris mühitinin təşkili, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı və məktəb idarəçiliyində səmərəliliyin artırılması məsələləri geniş müzakirə olunub.

Elm və təhsil naziri Emin Əmrullayev görüşdə müəllimin yalnız fənn biliklərini ötürən şəxs deyil, eyni zamanda yaxşı metodist, düzgün istiqamət verən və şagirdi düşünməyə təşviq edən pedaqoq olmasının vacibliyini vurğulayıb. Nazir şagird–müəllim münasibətlərinə də toxunaraq bildirib ki, qarşılıqlı etimad və hörmət üzərində qurulan münasibət təlim nəticələrinə birbaşa təsir göstərir.

Görüşdə dərsliklərin məzmunu və tətbiqi ilə bağlı məsələlərə də diqqət yetirilib. Müəllimlər tədris prosesində qarşılaşdıqları çətinliklər, dərs yükü, metodiki dəstək, qiymətləndirmə mexanizmləri, dərsliklərlə bağlı təkliflər, həmçinin şagirdlərin oxu bacarıqlarının inkişafı ilə bağlı suallar səsləndiriblər. Nazir bütün sual və təklifləri diqqətlə dinləyib, mövcud islahatlar, planlaşdırılan yeniliklər və praktik yanaşmalar barədə ətraflı məlumat verib.

Məktəb direktorları da öz növbəsində idarəetmədə qarşılaşdıqları məsələlər, məktəbdaxili monitorinq, müəllimlərlə iş və valideynlərlə əməkdaşlıq mövzusunda fikirlərini bölüşüblər.

Görüş zamanı nazir məktəb rəhbərlərinin təşəbbüskarlığının və məsuliyyətinin təhsilin keyfiyyətinə birbaşa təsir etdiyini qeyd edib.

Sonda Emin Əmrullayev təhsil ictimaiyyəti ilə bu cür görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq müəllim və direktorların səsləndirdiyi təkliflərin nəzərə alınacağını bildirib, eyni zamanda Mingəçevir məktəblərinin pedaqoji kollektivinə uğurlar arzulayıb, təhsildə keyfiyyətin yüksəldilməsinin yalnız birgə əməkdaşlıq və ardıcıl fəaliyyətlə mümkün olduğunu qeyd edib.

Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb Elm və təhsil naziri Mingəçevirdə gənc müəllim və direktorlarla görüşüb
Məqalədə: #Elm və Təhsil Nazirliyi #Emin Əmrullayev #Ümummilli Lider Heydər Əliyev #Mİngəçevir #Natiq Qasımov

Mövzu üzrə digər xəbərlər

Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb
Cəmiyyət

Bakı Qızlar Universitetinin tələbələrinin köçürülməsi ilə bağlı tədbirlərə başlanılıb

3 Avqust 18:27
Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır
Cəmiyyət

Ana dili milli kimliyimizin sarsılmaz dayağıdır

1 Avqust 11:00
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
Cəmiyyət

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb

30 İyul 18:12
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib
Rəsmi Xronika

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib

29 İyun 19:25

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.