7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 72,6 min gənc işlə təmin edilib

Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq ötən il daha 72,6 min gənc münasib işlərlə təmin edilib.

2 Fevral 2026 13:03
Ötən il Dövlət Məşğulluq Agentliyi tərəfindən 72,6 min gənc işlə təmin edilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Dövlət məşğulluq siyasətinin mühüm istiqamətlərindən biri də gənclərin əmək bazarına inteqrasiyasının dəstəklənməsi, məşğulluğunun təminatıdır.

AzerVoice xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən bu istiqamətdə aparılan işlərin davamı olaraq ötən il daha 72,6 min gənc münasib işlərlə təmin edilib.

Özünüməşğulluq proqramı gənclərin də kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son bir ildə bu proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə Agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

Gənclərin müasir əmək bazarında tələb olunan peşələr barədə məlumatlı olmalarına, düzgün peşə seçiminə dəstək göstərilməsi də diqqətdə saxlanır. Ötən il bu məqsədlə böyük əksəriyyəti gənclər olan 343 min şəxs peşəyönümü xidmətlərlə əhatə olunub.

Habelə paytaxt və bölgələrimizdə gənclərin düzgün peşə seçiminə, onların karyera istiqamətində doğru addım atmalarına dəstək olmaq məqsədilə “Peşə öyrən, gələcəyini qur!” devizi ilə "PeşəFest” tədbirləri uğurla davam etdirilib.

Gənclərin məşğulluğunun təminatına dəstək üçün Agentlik Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Gənclər bu tədbirlərdə karyera planlaması, düzgün ixtisas/peşə seçimi, iş axtarışı yolları, CV, istək məktubunun hazırlanması, müsahibəyə hazırlıq və s. mövzular üzrə məlumatlandırılır.

Son illərdə Dövlət Məşğulluq Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə dəstəyi ilə “Səyyar kofe evləri” layihəsi də icra olunub ki, layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən gənclər üçün səyyar kofe satışı üzrə kiçik bizneslər qurulub.

Məqalədə: #Azərbaycan #Bakı #Dövlət Məşğulluq Agentliyi #Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi #peşə seçimi və karyera inkişafı #gənclər üçün sahibkarlıq dəstəyi #özünüməşğulluq proqramı Azərbaycan

Mövzu üzrə digər xəbərlər

"44" bədii filminin premyerasının vaxtı məlum olub
Cəmiyyət

"44" bədii filminin premyerasının vaxtı məlum olub

15:47
Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb
Siyasət

Tramp Uitkoffun Azərbaycan və Ermənistan arasında sülh prosesindən bəhs edən məqaləsini paylaşıb

4 Sentyabr 11:45
Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib
Əlcəzair

Əlcəzairli məşhur aktrisa Azərbaycana heyranlığını ifadə edib

4 Sentyabr 11:03
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
Səudiyyə Ərəbistanında təhsil və təhlükəsizlik vahid inkişaf modelinin əsasını təşkil edir
20:27
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
Qətər və Çin strateji əməkdaşlığı genişləndirir
20:21
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
Qətər gələcəyin nəqliyyat sistemini texnologiya üzərində qurur
20:15
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
BMT süni intellektin təhlükəsizliyi üçün ciddi təminatlar istəyir
19:50
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
Folker Türk dövlətləri İsrailə silah satışını dayandırmağa çağırıb
19:43
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.