5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Mətbuat Şurası liseydə baş vermiş insidentlə bağlı mediaya müraciət etdi

"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir. Bu fikirlər Mətbuat Şurasının hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb. Bildirilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir:

6 Fevral 2026 15:13
Mətbuat Şurası liseydə baş vermiş insidentlə bağlı mediaya müraciət etdi

Bakı, AzerVoice

"İdrak" liseyində baş vermiş insident ictimaiyyətin diqqət mərkəzində olsa da, media mənsublarının hadisə ilə bağlı bu təhsil ocağı şagirdindən açıqlama alma və yayma üsulları qətiyyən yolverilməzdir.

AzerVoice xəbər verir ki, bu fikirlər Mətbuat Şurasının hadisə ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.

Bildirilib ki, bu, "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"na tamamilə ziddir:

"Belə ki, qaydaların "Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı" adlı 3-cü prinsipinin 3.9-cu bəndində bildirilir ki, "jurnalist uşaqların məsumluğu və inamından sui-istifadə etməməli, hüquqlarına hörmətlə yanaşmalı, onların fikirlərinin çatdırılması ilə bağlı xüsusi məsuliyyət nümayiş etdirməli, valideyinlərinin və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməməyə səy göstərməlidir".

Həmin bənddə o da bildirilir ki, "daha vacib ictimai əhəmiyyət kəsb edən maraqların mövcud olduğu hallar istisna olmaqla, jurnalist uşaqların şəxsi həyatı barədə məlumatları və ya fotoşəkilləri dərc etməməlidir. Jurnalist faciə və ya cinayət əməli nəticəsində zərər çəkmiş, yaxud belə hadisələrə cəlb edilmiş uşaqların kimliyini mütləq qorumalıdır".

Təəssüf ki, "İdrak" liseyindəki insidentlə bağlı üzərində dayandığımız təqdimatda buna riayət edilmədi.

Media mənsublarının "İdrak" liseyi şagirdindən aldıqları müsahibə, həmçinin, müsahibə zamanı yol verdikləri davranış "Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları"nın "Jurnalistin özünün və çalışdığı orqanının reputasiyasının qorunması" adlı 5-ci prinsipində əksini tapmış "ictimai əhəmiyyət" anlayışı "ictimaiyyət üçün maraqlı" olan informasiya ilə qarışdırılmamalıdır" tələbinin də pozulmasıdır. Onların hərəkəti hadisə ilə bağlı əsl həqiqətləri üzə çıxarmaq məramına xidmət deyildi və məlum olaya olan ictimai diqqətə adekvat peşəkar davranış nümunəsi kimi qiymətləndirilə bilməz".

Mətbuat Şurası jurnalistləri, xüsusən, ekstremal durumların, cəmiyyətdə rezonans doğurmuş hadisələrin və belə olaylarla əlaqəli məqamların işıqlandırılmasında emosiyalara qapılmamağa, tələskənliyə yol verməməyə və konkret mahiyyət üzrə davranmağa çağırıb:

"Unutmaq olmaz ki, həssaslıq ən böyük peşəkarlıq meyarıdır və medianın yalnız yüksək peşəkar həssaslığı ilə hazırladığı materiallar insanların informasiya tələbatını qarşılamaq iqtidarındadır. Buna əks təmayüllərin hər biri cəmiyyətə ziyandır".

Məqalədə: #Mətbuat Şurası

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.