5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

Ağalı kəndində məskunlaşan və yaşayan sakinlər üçün müraciət prosesi 13 mart tarixinədək davam edəcək. Torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qaydalar əsasında icra olunur.

12 Fevral 2026 11:58
Bakı
Ağalı sakinlərinin nəzərinə: Əkin üçün torpaq müraciətlərinin qəbuluna başlanılır

BAKI, AzerVoice

Zəngilan rayonunun Ağalı kəndində kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə sakinlərin istifadəsinə verilməsi üçün sonuncu müraciət mərhələsinə start verilir. AzerVoice xəbər verir ki, müraciətlərin qəbulu 11 fevral tarixindən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) – eagro.az portalı vasitəsilə həyata keçirilir.

Müraciət müddəti və hüquqi əsaslar

Ağalı kəndində məskunlaşan və yaşayan sakinlər üçün müraciət prosesi 13 mart tarixinədək davam edəcək. Torpaqların güzəştli şərtlərlə icarəyə verilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı və Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş qaydalar əsasında icra olunur.

Torpaq sahələri və əkiləcək bitkilər

İstifadəyə veriləcək torpaqlar minimum 5 hektar olmaqla, əkin üçün tam hazır vəziyyətə gətirilmiş suvarılan ərazilərdir. Kənd ətrafında yerləşən bu sahələrdə həm birillik, həm də çoxillik bitkilərin əkilməsi nəzərdə tutulur:

  • Meyvə və giləmeyvə: Şaftalı, nar, xurma, çiyələk, üzüm və s.

  • Tərəvəz və bostan: Pomidor, xiyar, soğan, kartof, qarpız, yemiş.

  • Taxıl və yem bitkiləri: Buğda, arpa, qarğıdalı, yonca, soya.

Müraciət qaydası

Ağalı sakini olan və faktiki orada yaşayan şəxslər aşağıdakı addımları izləməlidir:

  1. EKTİS-də qeydiyyat: Fermer elektron kabinetinin yaradılması.

  2. Elektron ərizə: "Müraciətlərim" bölməsində "torpaq icarəsinə müraciət" seçərək "Ağalı" bölməsini doldurmaq.

  3. Yaşayış faktının təsdiqi: "e-polis" tətbiqi vasitəsilə faktiki yaşayış yerinin Ağalı olduğunu qeyd etmək.

Növbəti mərhələlər

Müraciət edən şəxslər üçün təlimlərin keçirilməsi, müqavilələrin imzalanması və sahələrin təhvil verilməsi 2026-cı ilin aprel ayından etibarən başlayacaq. İcarə müqavilələri birillik bitkilər üçün 2 il, çoxilliklər üçün isə 5 il müddətinə bağlanacaq və gələcəkdə uzadılması mümkün olacaq.

Məqalədə: #Zəngilan #Ağalı

Mövzu üzrə digər xəbərlər

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Cəmiyyət

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

6 Yanvar 11:01
DİN bayram günlərində azad olunan ərazilərə səfər edənlərə müraciət etdi
Cəmiyyət

DİN bayram günlərində azad olunan ərazilərə səfər edənlərə müraciət etdi

27 Dekabr 2025 10:31
Zəngilanın Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib
Cəmiyyət

Zəngilanın Ağalı kəndində işəgötürənlərlə görüş keçirilib

22 Dekabr 2025 17:12
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub
Cəmiyyət

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işəgötürənlərlə növbəti görüş olub

17 Dekabr 2025 19:08

Son Xəbərlər

Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
Şarja İrs İnstitutunun direktoru ADIHEX 2026 sərgisini ziyarət edib
14:57
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
BƏƏ və Lesoto ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə edib
14:26
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
İraqda yanacaq qıtlığı səbəbindən yanacaqdoldurma məntəqələrində növbələr yaranıb
14:10
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
Ankara məğlubiyyəti Osmanlı dövlət quruluşunu necə dəyişdi?
14:06
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
Səudiyyə Ərəbistanında 18 mindən çox amfetamin həbi müsadirə edilib
13:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.