12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 18-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel ilə görüşüb. Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli siyasi əlaqələrin xüsusi rol oynadığı qeyd olunub.

18 Fevral 2026 14:54
Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov fevralın 18-də Qazaxıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Alim Bayel ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Qazaxıstan arasında mövcud dostluq və qardaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyi vurğulanıb, əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli siyasi əlaqələrin xüsusi rol oynadığı qeyd olunub.

R.Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dini-mənəvi dəyərlərin qorunması, tarixi ibadət yerlərinin bərpası, milli-mənəvi irsin gələcək nəsillərə ötürülməsi istiqamətində həyata keçirilən ardıcıl və sistemli tədbirlər barədə danışıb. Qeyd edib ki, bu siyasət yalnız dini irsin mühafizəsi ilə məhdudlaşmır, eyni zamanda xalqın tarixi yaddaşının, milli kimliyinin möhkəmləndirilməsinə, cəmiyyətdə milli həmrəyliyin gücləndirilməsinə xidmət edir.

Dövlət Komitəsinin sədri, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti cənab İlahm Əliyevin müəyyən etdiyi strateji hədəflərə uyğun olaraq Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın önəmini vurğulayıb. TDT-yə üzv ölkələrin dini sahəyə məsul dövlət qurumları rəhbərlərinin ilk iclasının təşkili ideyasının ortaq tarixi-mədəni irsə və mənəvi dəyərlərə əsaslanan əməkdaşlığın möhkəmləndirilməsi, birgə təşəbbüslərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Səfir Alim Bayel bildirib ki, tolerantlıq, dini və etnik müxtəlifliyə hörmət, cəmiyyət daxilində həmrəyliyin təşviqi hər iki ölkənin inkişaf modelinin əsas sütunlarındandır. Bu oxşarlıq Azərbaycan ilə Qazaxıstan arasında humanitar və mənəvi sahədə əməkdaşlıq üçün möhkəm zəmin yaradır, ortaq təşəbbüslərin və platformaların formalaşdırılmasını şərtləndirir.

Görüş zamanı Azərbaycan İlahiyyat İnstitutu ilə Qazaxıstanın Almatı şəhərində fəaliyyət göstərən “Nur-Mübarək” Misir İslam Mədəniyyəti Universiteti arasında tələbə mübadiləsinin davam etdirilməsi, müvafiq qurumlar arasında əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub.

Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb Dövlət Komitəsinin sədri Qazaxıstan səfiri ilə görüşüb
Məqalədə: #Azərbaycan #Qazaxıstan #Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi #Ramin Məmmədov

Mövzu üzrə digər xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Linux

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri

13:46
Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub
Cəmiyyət

Türkiyədə qlobal diaspor məsələləri müzakirə olunub

09:47
Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub
Cəmiyyət

Çin turizm şirkətlərinin nümayəndələri üçün Azərbaycana tanışlıq səfəri təşkil olunub

11 Sentyabr 13:58
Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?
Texnologiya

Səudiyyə Ərəbistanında qatlanan "Apple"a tələbat necədir?

11 Sentyabr 13:08

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.