Bizi buradan izləyin və Bizə yazın
|
BAKI, AzerVoice, Orxan Qədirzadə
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Naxçıvan şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9 nömrəli şəhərdaxili, eləcə də paytaxtın 142 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.
AzerVoice AYNA-ya istinadən xəbər verir ki, Naxçıvan şəhərində 1 nömrəli (Əliabad qəsəbəsi – Yeni Naxçıvan yaşayış massivi), 2 nömrəli (Tumbul kəndi – Əyləncə adası), 3 nömrəli (Olimpiya İdman Kompleksi), 4 nömrəli (“Araz” İstehsalat Birliyi – Əliabad qəsəbəsi), 5 nömrəli (Elektrik yarımstansiyası – Xalçaçılıq fabriki), 6 nömrəli (Babək şəhəri – Zəfər parkı), 7 nömrəli (Qaraçuq kəndi – “Cahan” ticarət mərkəzi), 8 nömrəli (Xəlilli kəndi – “Cahan” ticarət mərkəzi) və 9 nömrəli (Daşınmaz Əmlak Məsələləri üzrə Dövlət Xidməti – Yeni Naxçıvan yaşayış massivi) şəhərdaxili marşrutlar üzrə hüquqi şəxs "BakuBus" MMC qalib elan olunub.
Paytaxtın 142 nömrəli (metronun "20 Yanvar" stansiyası – Masazır kəndi) şəhərətrafı marşrutu üzrə müsabiqənin qalibi isə hüquqi şəxs "Çinar-Trans" MMC-dir.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
[AZ] Naxçıvan, BakuBus, AYNA, avtobus, marşrut, müsabiqə, sərnişindaşıma, nəqliyyat, Masazır, xəbər [TR] Nahçıvan, BakuBus, AYNA, otobüs, hat, ihale, ulaşım, taşımacılık, Bakü, haber [EN] Nakhchivan, BakuBus, AYNA, bus, route, contest, transport, passenger, Baku, news [RU] Нахчыван, БакуБус, AYNA, автобус, маршрут, конкурс, транспорт, перевозки, Баку [DE] Nachitschewan, BakuBus, AYNA, Bus, Route, Wettbewerb, Transport, Baku [FR] Nakhitchevan, BakuBus, AYNA, bus, itinéraire, concours, transport, Bakou [ES] Nakhchivan, BakuBus, AYNA, autobús, ruta, concurso, transporte, Bakú [IT] Nakhchivan, BakuBus, AYNA, autobus, percorso, concorso, trasporto, Baku [PT] Nakhchivan, BakuBus, AYNA, ônibus, rota, concurso, transporte, Baku [NL] Nachitsjevan, BakuBus, AYNA, bus, route, wedstrijd, transport, Bakoe [PL] Nachiczewan, BakuBus, AYNA, autobus, trasa, konkurs, transport, Baku [UK] Нахічевань, БакуБус, AYNA, автобус, маршрут, конкурс, транспорт, Баку [AR] نخجوان, باكوباص, أينا, حافلة, مسار, مسابقة, نقل, باكو [FA] نخجوان, باکوباس, آینا, اتوبوس, مسیر, مسابقه, حمل و نقل, باکو [ZH] 纳希切万, BakuBus, AYNA, 巴士, 路线, 竞赛, 运输, 巴库 [JP] ナヒチェヴァン, BakuBus, AYNA, バス, 路線, コンテスト, 輸送, バクー [KO] 나흐치반, 바쿠버스, AYNA, 버스, 노선, 콘테스트, 운송, 바쿠 [HI] नखिचेवन, बाकुबस, आयना, बस, मार्ग, प्रतियोगिता, परिवहन, बाकू [EL] Ναχιτσεβάν, BakuBus, AYNA, λεωφορείο, διαδρομή, διαγωνισμός, μεταφορές [HE] נחצ'יבאן, באקובאס, AYNA, אוטובוס, מסלול, מכרז, תחבורה, באקו [ID] Nakhchivan, BakuBus, AYNA, bus, rute, kontes, transportasi, Baku [VI] Nakhchivan, BakuBus, AYNA, xe buýt, tuyến đường, cuộc thi, vận tải, Baku [TH] นัคชีวัน, BakuBus, AYNA, รถบัส, เส้นทาง, การประกวด, การขนส่ง, บากู [SV] Nachitjevan, BakuBus, AYNA, buss, rute, tävling, transport, Baku [NO] Nakhitsjevan, BakuBus, AYNA, buss, rute, konkurranse, transport, Baku [FI] Nahitševan, BakuBus, AYNA, bussi, reitti, kilpailu, kuljetus, Baku [CS] Nachičevan, BakuBus, AYNA, autobus, trasa, soutěž, doprava, Baku [HU] Nahicseván, BakuBus, AYNA, busz, útvonal, verseny, szállítás, Baku [RO] Nahicivan, BakuBus, AYNA, autobuz, rută, concurs, transport, Baku [BG] Нахчъван, БакуБус, AYNA, автобус, маршрут, конкурс, транспорт, Баку