9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib. Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.

20 Fevral 2026 16:00
Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, Qusar Rayon İcra Hakimiyyəti və Azərbaycan Sahibkarlar Konfederasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib.

VOA xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Tədbirdə dövlət qurumlarının, özəl maliyyə təşkilatlarının nümayəndələri yerli fermer və sahibkarlarla kənd təsərrüfatına dövlət dəstəyi mexanizmləri mövzusunda geniş fikir mübadiləsi aparıblar.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov qeyd edib ki, ötən il 14 rayonda, bu il isə 3 rayonda “Aqrar sahədə dövlət dəstək mexanizmləri” mövzusunda panel müzakirələr baş tutub. O, Qusarda keçirilən panel müzakirələrin sayca 4-cü tədbir olduğunu xatırladıb. Keçirilən panel müzakirələri aqrar sahə ilə birbaşa və bilavasitə əlaqəli olan dövlət qurumlarını, maliyyə təşkilatlarını, fermer və sahibkarları bir araya gətirən format kimi dəyərləndirən Anar Cəfərovun sözlərinə görə, bu format bölgələrdə fermer və sahibkarların dövlət dəstəyi mexanizmləri barədə daha dolğun məlumat əldə etməsinə, eyni zamanda dövlət-özəl tərəfdaşlığının gücləndirilməsinə xidmət edir.

Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, təmsil etdiyi qurum bölgələrdə fermerləri dövlət qurumlarının nümayəndələri ilə bir araya gətirən bu kimi tədbirlərdə aktiv iştirak edir. Aqrar İnnovasiya Mərkəzi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində aqrar sahədə birgə fəaliyyətin genişləndirilməsi, sahibkarların dəstəklənməsi və maliyyə savadlılığının artırılması məqsədilə əməkdalığı genişləndirdiyini deyən ASK rəsmisinin sözlərinə görə, regionlarda keçirilən panel müzakirələrə təkcə fermerlərin deyil, həm də yerli sahibkarların aktiv cəlb olunması müsbət haldır. Dövlətin dəstək mexanizmləri ilə bağlı keçirilən maarifləndirici tədbirlərin vacibliyinə diqqət çəkən Vüqar Zeynalov iştirakçıları praktiki müzakirələrdə aktiv iştiraka çağırıb.

Azərbaycan Biznesinin İnkişafı Fondunun baş direktorunun müşaviri Namiq Zeynalov çıxışında bildirib ki, Fondun dəstək verdiyi subyektlər arasında kənd təsərrüfatı məhsullarının istehsalçıları kifayət qədərdir. Bu səbəbdən Fond aqrar sahədə çalışan fermer və sahibkarlarla birbaşa ünsiyyəti təmin edən platformalarda aktiv iştirak edir. Fond tərəfindən təqdim olunan layihələrin maliyyələşdirilməsi mexanizmləri barədə məlumat verən Namiq Zeynalov kreditlə bağlı müraciət prosesinin tam elektron sistemə keçdiyini deyib. O əlavə edib ki, istənilən bölgədən olan fermer biznes plan və digər zəruri sənədləri Fondun ofisinə gəlmədən elektron qaydada təqdim edə bilirlər.

Biznes Mərkəzi Klubunun direktoru Rüfət Nadirli bildirib ki, rəhbərlik etdiyi qurum fermer və sahibkarlara PR, media marketinq istiqamətində geniş dəstək verir. Ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının markalaşdırılması və brendləşdirilməsi istiqamətində məsləhət xidmətləri təklif edən Biznes Mərkəzi Klubu həm də bölgələrdə keçirilən “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda müzakirələrə informasiya dəstəyi verir, fermer və sahibkarları canlı yayımlanan proqramlara qonaq dəvət edir. Rüfət Nadirlinin sözlərinə görə, bölgələrdə keçirilən bu cür məlumatlandırma sessiyaları yerli məhsul istehsalçılarının daha çox tanınmasına, yerli məhsullara marağın yüksəlməsinə müsbət təsir edir.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov çıxışında işğaldan azad olunmuş ərazilərdə aqrar sahəyə dövlət dəstəyi mexanizmləri barədə geniş məlumat verib. O hazırda azad olunmuş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə investisiya müsabiqələrinin elan edildiyini xatırladıb, müsabiqələrin şərtləri barədə geniş məlumat verib. Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən fermer və sahibkarların meyvəçilik üzrə böyük təcrübəyə sahib olduğunu deyən Vüqar Hüseynov onları bu müsabiqələrdə aktiv iştiraka çağırıb.

“Agrosystems” şirkətinin rəhbəri Köçəri Həsənov bildirib ki, ölkəmizdə kənd təsərrüfatı avadanlıqlarının, o cümlədən soyuducu anbar sistemlərinin istehsalı və satışının subsidiyalaşdırılması dövlətin aqrar sahəyə dəstək mexanizmlərindən biridir. Yerli istehsal soyuducu anbar sistemlərinin xarici bazarlara ixrac həcminin ildən-ilə artdığını deyən şirkət rəhbəri “Agrosystems” tərəfindən təkcə böyük təsərrüfatlar üçün deyil, kiçik və orta təsərrüfatlar üçün də maraqlı olan avadanlıqlar istehsal etdiyini xatırladıb, fermerlərin bu avadanlıqları dövlət dəstəyi ilə kifayət qədər uyğun qiymətə ala biləcəyini deyib.

“Caspian Energy Group MMC-nin direktoru Natiq Aydayev kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə dövlətin dəstək mexanizmlərinə həsr olunmuş panel müzakirələri bu sahədə yeni təşəbbüslərin ortaya çıxması baxımından əhəmiyyət kəsb etdiyini deyib. O bildirib ki, kənd təsərrüfatına dəstək mexanizmlərinə sahib dövlət qurumları və özəl sektorun nümayəndələrini fermerlərlə bir araya gətirən platformaların təşkili aqrar sektorun inkişafı istiqamətində müsbət addımdır.

Panel müzakirələr çərçivəsində tərəfdaş qurumların nümayəndələri tərəfindən subsidiya, kredit, lizinq və sığorta mexanizmlərinə dair təqdimatlar keçirilib. Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Biznesinin İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, özəl maliyyə qurumlarından “Unibank” və “Aqrar Kredit”in nümayəndələri fermer və sahibkarların suallarını cavablandırıblar.

Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirələr keçirilib
Məqalədə: #Qusar rayonu #Aqrar İnnovasiya Mərkəzi #Qusarda aqrar sahəyə dövlət dəstəyi müzakirə edildi #Fermerlər üçün subsidiya və kredit imkanları təqdim olundu #Aqrar İnnovasiya Mərkəzi bölgələrdə panel müzakirələr keçirir #Dövlət-özəl tərəfdaşlığı aqrar sektorda güclənir #Elektron kredit müraciəti mexanizmi tətbiq edilir #Azad olunmuş ərazilərdə aqrar investisiya imkanları #Qusarda aqrar sahədə dövlət dəstək mexanizmləri

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdan olan din xadimləri Şuşaya səfər ediblər

8 Sentyabr 21:14
Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir
Texnologiya

Robinhood proqnoz bazarındakı fəaliyyətini genişləndirir

8 Sentyabr 18:57
Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?
Maraqlı faktlar

Bioloji mexanizmi, psixoloji kökləri və bədənin müdafiə reaksiyası - Qorxu hissi niyə yaranır?

8 Sentyabr 15:29
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22

Son Xəbərlər

Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
Qatar Airways xəbərdarlıq edib - Britaniya istiqamətində uçuşlar təxirə salına bilər
00:22
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
Qahirə, Bağdad və Rabat xəttində güc balansı: 9 sentyabrın ən mühüm dönüş anları
00:01
Tarixdə bu gün – 9 Sentyabr
Tarixdə bu gün – 9 Sentyabr
00:01
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
8 Sentyabr 21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
8 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.