10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ermənistana Azərbaycan üzərindən buğda daşınması Bakının özünə inamını göstərir - Fuat Oktay

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib. Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

25 Fevral 2026 16:00
Ermənistana Azərbaycan üzərindən buğda daşınması Bakının özünə inamını göstərir - Fuat Oktay
Bizi buradan izləyin və Bizə yazın

BAKI,VOA

Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktay Azərbaycan–Ermənistan prosesində atılan addımları konstruktiv yanaşmanın göstəricisi kimi qiymətləndirib.

VOA xəbər verir ki, Fuat Oktay jurnalistlərə açıqlamasında bildirib ki, Qazaxıstan və Rusiyadan buğdanın Ermənistan istiqamətində Azərbaycan ərazisi vasitəsilə daşınması, eləcə də tərəflər arasında ticarət əlaqələrinin başlanması Bakının öz gücünə və mövqeyinə inamının bariz nümunəsidir.

Onun sözlərinə görə, Azərbaycan Ermənistanla əldə olunmuş razılaşmaların mərhələli icrasına hələ planlaşdırılan sülh sazişi rəsmi şəkildə imzalanmadan və hüquqi öhdəliklər qüvvəyə minmədən başlayıb. Oktay bu addımı olduqca əhəmiyyətli adlandıraraq qeyd edib ki, bu, rəsmi Bakının prosesə konstruktiv və məsuliyyətli yanaşmasını nümayiş etdirir.

Komitə sədri vurğulayıb ki, Ankara ilə İrəvan arasında münasibətlərin normallaşması prosesi birbaşa Azərbaycan–Ermənistan nizamlanmasının gedişindən asılıdır. Onun sözlərinə görə, hər iki istiqamətdə aparılan danışıqlar paralel və uzlaşdırılmış şəkildə davam etdirilir.

Fuat Oktay əlavə edib ki, Türkiyə regionda proseslərin sürətlənəcəyinə ümid edir. “İstəyirik ki, regional gündəlik qarşıdurma üzərində deyil, sülh, rifah və inkişaf prinsipləri əsasında qurulsun. Növbəti mərhələdə diqqətimizi daha çox gələcəyin gündəliyinin formalaşdırılmasına yönəltmək niyyətindəyik”, – deyə o bildirib.

Məqalədə: #Türkiyə #Azərbaycan #Ermənistan #TBMM #Fuat Oktay

Mövzu üzrə digər xəbərlər

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
Texnologiya

OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib

21:41
Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb
Texnologiya

Positron AI-nin dəyəri yeddi ayda 5 milyard dollara çatıb

20:45
Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib
Cəmiyyət

Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisəyə başçəkmə həyata keçirilib

17:01
Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00

Son Xəbərlər

2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
2.7L EcoBoost və off-road üçün Tremor - Yeni nəsil Ford Everest V6-nın detalları
23:00
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
Peru ABŞ-nin narkotik kartellərinə qarşı koalisiyasına qoşulur
22:00
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
OpenAI maliyyə sektoru üçün xüsusi ChatGPT təqdim edib
21:41
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
İran hücum əməliyyatlarına başlamaq ərəfəsindədir - SEPAH
21:28
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
Livanda İsrail hücumlarında ölənlərin sayı 4 min 383-ə çatıb
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.