5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

BƏT-in 102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102 saylı Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması nəzərdə tutulub.

25 Fevral 2026 18:56
BƏT-in 102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, VOA, Orxan Qədirzadə

Beynəlxalq Əmək Təşkilatının “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyasının ratifikasiya edilməsi imkanları gündəmdədir.

VOA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair 2023–2026-cı illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planında Beynəlxalq Əmək Təşkilatının (BƏT) 102 saylı Konvensiyasının ratifikasiya imkanlarının araşdırılması nəzərdə tutulub.

Bu məqsədlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış işçi qrupunun iclası keçirilib. İclasda Nazirliyin, Xarici İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak ediblər.

İşçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev bildirib ki, ötən dövrdə Azərbaycan BƏT-in 60-dək Konvensiyasına, o cümlədən 10 fundamental Konvensiyasından 9-na qoşulub. O, həmçinin qeyd edib ki, ötən il Azərbaycan ilə BƏT arasında “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı” imzalanıb.

Vurğulanıb ki, son illər ölkədə həyata keçirilən ardıcıl sosial islahatlar sosial təminat sisteminin gücləndirilməsi istiqamətində mühüm irəliləyişlərə şərait yaradıb.

İclas çərçivəsində “Sosial təminatın minimum normaları haqqında” 102 saylı Konvensiyanın ratifikasiya imkanları üzrə görülən işlərə dair təqdimat dinlənilib və məsələ ətrafında müzakirələr aparılıb.

BƏT-in 102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib
Məqalədə: #BƏT-in 102 saylı Konvensiyasının ratifikasiya imkanları müzakirə olunub #Sosial təminat üzrə yeni beynəlxalq sənəd gündəmdədir #İşçi qrup BƏT Konvensiyasının ratifikasiyasını araşdırır #Azərbaycan sosial təminat sistemini daha da gücləndirir #102 saylı Konvensiya ilə bağlı təqdimat keçirilib #Sosial xidmətlərin inkişafı üzrə Dövlət Proqramı icra olunur #ILO 102 sayılı Sözleşmesinin onay imkanları değerlendiriliyor #Sosyal güvenlik alanında yeni adım gündemde #Çalışma grubu ILO sözleşmesini inceliyor

Mövzu üzrə digər xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
Texnologiya

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır

4 Sentyabr 21:42
Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər
Maraqlı faktlar

Alkoqol xərçəngin görünməyən səbəbi ola bilər

4 Sentyabr 16:30
Day.Az informasiya portalının 23 yaşı tamam olur
Cəmiyyət

Day.Az informasiya portalının 23 yaşı tamam olur

4 Sentyabr 09:12
Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib
Cəmiyyət

Medianın İnkişafı Agentliyi Azərbaycana qarşı dezinformasiya kampaniyasının aparıldığını bəyan edib

3 Sentyabr 20:03

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.